Siyasət

  • 1 910

Ermənistan bir çox ölkələrdən əmr almaqla məşğuldur - POLİTOLOQ MARAQLI MƏQAMLARA TOXUNDU

image

"Kommunikasiyaların açılması bütün bölgə dövlətləri üçün prioritet məsələlərdən biridir. Ermənistan özü də kommunikasiyaların açılmasında maraqlıdır, çünki faktiki olaraq bu illər ərzində blokada vəziyyətində qalıbdır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Zaur Məmmədov deyib.Politoloq vurğulayıb ki, sadəcə olaraq, Ermənistan tərəfi bu kommunikasiyaların açılması ilə bağlı bir çox ölkələrdən əmr almaqla məşğuldur və bəzi dövlətlər, təəssüflər olsun ki, vəziyyətin uzadılmasında, Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat sahəsində bəzi sənədlərin imzalanmasının yubadılmasında maraqlıdırlar.“Üçtərəfli bəyanatda yer alan Rusiyaya gəldikdə, Rusiya kommunikasiyaların açılmasında maraqlı olsa da, təbii ki, rəsmi Moskvanın da şərtləri vardır. İndiki halda, avqust ayında baş nazirlər arasında görüş keçirilmişdi və mövzu Azərbaycan-Ermənistan və ümumiyyətlə, bölgə dövlətləri arasında yeni nəqliyyat xətlərinin reallaşması ilə bağlı idi. Bildiyimiz kimi, Azərbaycan tərəfindən istər dəmir yolu, istərsə də avtomobil yolu ilə bağlı demək olar ki, işləri bir neçə vaxtdan sonra başa çatdırılacaqdı.Dəmir yolu məsələsinə gəldikdə, hansı ki, bu yol Rusiya Dəmir Yollarına məxsusdur və dəmir yolunun tikintisi danışıqlardan asılı olan məsələ olacaqdır. Bu prosesi tezləşdirmək lazımdır. Çünki bölgədə siyasi mühitin qırılması və mülayimləşməsi üçün mütləq şəkildə iqtisadi sahədə əlaqələrin gücləndirilməsi lazımdır. Lakin təəssüflər olsun ki, məlum olduğu kimi, bəzi auditorlar, Minsk Qrupunun hər üç dövləti Ermənistandakı revanşist qüvvələri və eyni zamanda da, Qarabağın dağlıq hissəsindəki separatçıları tez-tez şirnikləndirməklə məşğuldurlar. Onların, Qarabağın statusu həll edilməlidir, Minsk Qrupu çərçivəsində danışıqlar davam etdirilməlidir kimi bəyanatları təbii ki, bölgədə yeni mühitə, post-konflikt mühitin reallıqlarına mane olan əsas amillərdən biridir və bu kimi məsələlər tez bir zamanda öz həllini tapmalıdır”, deyə politoloq Zaur Məmmədov bildirib.

sia.az

Digər xəbərlər