Siyasət

  • 1 705

YAP Yasamal rayon təşkilatının fəal üzvləri şəhid ailələrini ziyarət edib

image

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev və rayon təşkilatının fəal üzvləri şəhid Elvin Salahovun və Elyar Vəliyevin məzarını ziyarət edib, daha sonra onların ailə üzvləri ilə görüşüblər. SİA-nın verdiyi məlumata görə, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz dünyaya səs saldı. Ölkə Prezidenti İlham Əliyevin “hücum” əmrini yüksək səviyyədə cavablandıran Vətən oğulları “Vətəndən pay olmaz” deyib silaha sarılıb, şəhidlik zirvəsinə ucaldılar. Dövlət siyasətində şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı əsas yer tutur. İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdən sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ilk görüşünün 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə keçirilməsi, həmçinin Qarabağımızın tacı, mədəniyyət paytaxtımız Şuşanın alınması müjdəsini məhz Şəhidlər Xiyabanından xalqımıza çatdırması bir çox məqamlara aydınlıq gətirir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu tarixi Qələbəyə imza atmaqla bir daha Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu dünyaya bəyan etdi.Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib ki, şanlı Qələbəmizə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən Elvin Salahovun və Elyar Vəliyevin xatirəsi daim qəlblərdə yaşayacaq. Onların həyat yolu gənclərimiz üçün bir örnəkdir. Hələ neçə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək, onların milli ruhda tərbiyəsinə stimul olacaq. Şəhidlərin valideynlərinə belə vətənpərvər övladlar yetişdirdikləri üçün minnətdarlığını bildirən E.Allahverdiyev bildirib ki, dövlətimizin, cəmiyyətin, hər bir Azərbaycan vətəndaşının şəhid ailələrinə diqqət və qayğısı böyükdür.Şəhid Elvin Salahovun atası Sabir Salahov dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, şəhid Elvin Salahov ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları, Elyar Vəliyev "Vətən müharibəsi Qəhrəmanı" medalı ilə təltif ediliblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

sia.az

Digər xəbərlər