Siyasət

  • 1 780

"Vətən müharibəsi bizə kimin dost olub-olmadığını göstərdi" - DEPUTAT AÇIQLADI

image

"Birinci onu qeyd edə bilərəm ki, Vətən müharibəsi dünyaya Azərbaycanın müasir silahlarla təchiz olunmuş məğlubedilməz orduya malik olduğunu göstərdi. Rəşadətli ordumuzun müharibə apardığı 44 günün hər bir günü qələbəlik günlər olub. 44 günün içində elə bir gün olmamışdır ki, şanlı ordumuz bir gün yerində dayansın və ya geri çəkilsin. Hər gün qabağa getməyimiz müharibənin 44 günü ərzində Böyük qələbəmizlə başa çatdırmağımıza imkan verdi. Vətən müharibəsi bizə çox şey verdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, ikincisi isə dünyada ədalətin olduğuna inana bildik: "Çünki həmişə deyirdik ki, dünyada ədalət yoxdur. Amma zaman göstərdi ki, dünyada ədalət var və o ədalətin bərpası üçün səbirli olmaq lazımdır. Həm də ədalətin bərpası üçün çalışmaq lazımdır. Bəli, Azərbaycanın Ali Baş Komandanı və rəşadətli ordumuz pozulmuş ədaləti bərpa etdi. Vətən Müharibəsi həm də bizə göstərdi ki, ədalətli olanda xarici təzyiqlər azalır".Deputat sözlərinə belə davam edib: "Üçüncüsü isə Vətən müharibəsi bizə kimin dost olduğunu və kimin dost olmadığını göstərdi. Vətən Müharibəsi günlərində qardaş Türkiyə və Pakistan Azərbaycanın yanında olduqlarını bildirərək lazım olan zaman lazımı şəkildə köməyə hazır olduqlarını bəyan etdilər. Dost İsrail dövləti Azərbaycanla müharibə aparan heç bir ölkəyə silah satmayacaqlarını bəyan etdi. Türkiyənin, Pakistanın və İsrailin yanımızda olması və mənəvi dəstəyinin bildirilməsi müharibə günlərində bizə tuşlanmış iti caynaqlarını neytrallaşdırdı və qısa bir zamanda qələbəyə nail olmağımıza imkan verdi"."Üçüncüsü isə Vətən müharibəsi ilə dünyaya ölkəmizdəki milli birliyi və həmrəyliyi nümayiş etdirdik. Müharibə sübut etdi ki, milli mənsubiyyətindən və siyasi baxışlarından asılı olmayaraq hamı vətənin taleyüklü məslələrdə birləşə və eyni nöqtəyə vura bilir. Vətən Müharibəsi həm də xalqımızın döyüşən olduğunu sübut etdi və qalib gəlməyimiz Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmışdır".

sia.az

Digər xəbərlər