Siyasət

  • 1 855

Suraxanı rayonunda şəhid övladları diqqət və qayğı ilə əhatə olunub

image

Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər. Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbçisi, Suraxanı rayon sakini olmuş və Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş gizir Məmmədov Mahir Ağasəlim oğlunun övladı Səlimin 1 yaşı tamam olur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və rayon təşkilatının nümayəndələri ailəni ziyarət edərək, şəhidin övladını təbrik etmiş, hədiyyələr təqdim olunmuş, şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar.Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sosialyönümlü siyasətindən söz açan təşkilatın sədri Vüqar Seyidov bildirib ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. İstər Vətən müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda, öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarmışdır. V.Seyidov əlavə etmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.Sonda şəhid ailəsinin üzvləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.

sia.az

Digər xəbərlər