Siyasət

  • 1 557

ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkürünü bildirib

image

Sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.Həmin görüşdən sonra Viktoriya Nuland tviter şəbəkəsində öz akkauntunda Ceyhun Bayramov ilə görüşə şad olması barədə qeyd edib və ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.

yap.org.az

Digər xəbərlər