Siyasət

  • 623

Ukrayna şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına cəlb olunması istiqamətində işlər aparılır

image

Azərbaycan-Ukrayna İşgüzar Şurası Ukrayna şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası layihələrinə cəlb olunması istiqamətində işlər aparır.Bu barədə Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov məlumat verib.Onun sözlərinə görə, bu istiqamətdə müəyyən irəliləyişlər əldə edilib.

“Azərbaycan Ukraynanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Son 3 ildə ticarətimizin artımının çox yaxşı müsbət dinamikasını qeyd etmək yerinə düşər. Bu müddət ərzində iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Ancaq biz hələ də mövcud potensialdan tam istifadə etmirik. Başa düşürəm ki, burada əsas problemlərdən biri nəqliyyat və logistikadır. Amma əminəm ki, mürəkkəbliyinə baxmayaraq, bugünkü qloballaşan dünyada bu problemi həll etmək üçün imkanlar var”, - deyə Çijikov əlavə edib.
O bildirib ki, Ukrayna və Azərbaycan sahibkarları arasında səmərəli əməkdaşlığın inkişafı, ticarət, iqtisadi, aqrar sənaye və qarşılıqlı maraq doğuran digər sahələrdə biznes layihələrinin həyata keçirilməsi üçün səylər artırılıb. Məqsəd Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsini illik 1 milyard dollara çatdırmaqdır.
Qeyd edək ki, bu ilin iyunun 24-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə Bakıda Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair Saziş imzalanıb. Şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunur.

yap.org.az

Digər xəbərlər