“Gürcü jurnalistlərin və bloqqerlərin Azərbaycana gəlməsi çox əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Onun sözlərinə görə, gürcü jurnalistlərin və bloqqerlərin Azərbaycanın işğaldan azad olumuş ərazilərinə səfər etməsi nəticəsində onlar öz gözləri ilə erməni vəhşiliklərini gördülər: “Azərbaycanın dostlarının ölkəmizə gətirilməsi, işğaldan azad olunmuş ərazilərdə səfərdə olmaları, erməni vəhşiliyini, Azərbaycan reallığını görməsi əlbəttə ki, obyektiv mənzərənin yaradılmasına böyük köməklik göstərir. Nəticə etibarilə Gürcüstan cəmiyyəti Qarabağda gedən prosesləri olduğu kimi dərk edəcək. Ermənistanın Azərbaycana qarşı təcavüzü, bu təcavüzün nəticələrini onlar görə bilirlər. Gürcü jurnalistlər və bloqqerlər Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərlə bağlı öz ölkələrində təəssüratlarını bölüşürlər, Azərbaycan reallığını gürcü cəmiyyətində əks etdirirlər. Bu da Azərbaycan-Gürcüstan əlaqələrinin daha yaxşı şəkildə formalaşmasına imkan yaradır”.
sia,az