Siyasət

  • 2 196

"Ermənistan hegemon güclərin forpostudur" - PARLAMENT ÜZVÜ AÇIQLADI

image

"Ermənistanın Baş Naziri Nikol Paşinyanın son açıqlamalarına və parlamentdə son dinləmələrdə ifadə etdiyi fikirlərə baxsaq, Ermənistanın əslində real vəziyyəti dəyərləndirmək, qiymətləndirmək məcburiyyətində olduğu görülməkdədir". Bunu SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.Onun sözlərinə görə, bu prizmadan məsələyə baxdığımız təqdirdə sülh müqaviləsi, şübhəsiz ki, Ermənistanın həm Türkiyə ilə, həm də Azərbaycan ilə münasibətlərini yenidən nəzərdən keçirib normallaşdırması və iqtisadi-siyasi cəhətdən bütün kommunikasiyaların açılması, bölgədə və regionda sülhə və təhlükəsizliyə xidmət etməklə bərabər, şübhəsiz ki, Ermənistanın özünə böyük dividentlər gətirəcək bir amil ola bilərdi. Ramil Həsən bu haqda fikrini belə izah edib: "Ermənistan rəhbərliyi özü bunu çox yaşı bilir və anlayır. Təəssüf ki, Ermənistan Türkiyə və Azərbaycandan fərqli olaraq müstəqil milli siyasətə xidmət edən, milli ideologiyaya xidmət edən və dövlətçilik ənənələrinə sahib olan bir ölkə olmadığına görə, təbii ki, başqa ölkələrin nəzarəti altında olan və müxtəlif qüvvələrin və güclərin forpostuna çevrilmiş olduğu üçün tək başına, müstəqil şəkildə qərar vermək iqtidarında deyil.Dünyanın hegemon güclərinin bölgədə təzyiq metodu və vasitəsi kimi istifadə etdiyi forpostu olduğu üçün o güclərin maraqlarına və o güclərin Türkiyə və Azərbaycan ilə münasibətlərinə, əlaqələrinə uyğun olaraq addımlar atır və ya buna məcbur edilir. Ona görə də, reallıq Ermənistanın həm Türkiyə ilə, həm də Azərbaycan ilə münasibətləri normallaşdırması və Azərbaycanla ən qısa müddətdə sülh müqaviləsi imzalayıb, sərhədlərin müəyyənləşdirilməsi prosesini yekunlaşdırması Ermənistanın öz milli maraqlarına uyğun olsa belə bu gün sözügedən ölkə bunu qəbul edə bilmir. Yaxud da qəbul etməməsi üçün təzyiqlər altında qalır. Ona görə də əminəm ki, bu istiqamətdə Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi, birgə və bərabər fəaliyyəti sülh və barış üçün atmış olduğu addımlar istər-istəməz əvvəl-axır nəticədə Ermənistan və havadarlarını sülh müqaviləsinə vadar edəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim etmiş olduğu altılıq platformanın iqtisadi və siyasi cəhətdən reallaşması inanıram ki, reallaşacaq".

sia.az

Digər xəbərlər