Siyasət

  • 794

“Cənab Prezidentin dedikləri həmçinin region və dünya məsələləridir” DEPUTAT ŞƏRH ETDİ

image

Cənab Prezidentin BMT Baş Assambleyasının iclasında videoformatda çıxışı böyük maraq doğurur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Millət vəkili vurğulayıb ki, ölkə başçısının qaldırdığı məsələlər təkcə Azərbaycan yox, eyni zamanda region və dünya məsələləridir.“Azərbaycan uğurla inkişaf edən bir dövlət kimi bir sıra məsələlərin həllinə özünün töhfəsini verir. Ən böyük tövhə Cənubi Qafqazda müharibə təhlükəsinin aradan qaldırılması, Ermənistanın işğalına son qoyulması, yeni reallığın yaranmasıdır. Yeni reallıq dövlətlər arasında əməkdaşlığın, stabilliyin möhkəmlənməsini, ticarət və iqtisadi əlaqələrin güclənməsini özündə nəzərdə tutur.Cənab Prezidentin təklifi ilə 10 noyabr 2020-ci il üçtərəfli sazişində Naxçıvana gedən komunikasiyaların açılması nəzərdə tutulmuşdu. Bu məhz Zəngəzur dəhlizidir. Bu regionun adı da Zəngəzurdur. 1921-ci ildə Zəngəzur yarı bölünərək bir hissəsi Azərbaycanda saxlanıldı, bir hissəsi isə süni surətdə yaradılan Ermənistana verildi. Ermənistan bu gün tarixi Azərbaycan torpaqlarında yerləşir və Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın bu hissəsi ilə Naxçıvan bölgəsinin əlaqələrinin quru yolla açılması deyil, eyni zamanda bu yolla şimaldan, Mərkəzi Asiyadan gələn yüklərin Naxçıvan, oradan Türkiyə, oradan isə Avropa və Şərq ölkələrinə çatdırılması deməkdir. Bu, Ermənistanın özünün həmin dəhliz vasitəsi ilə Şərg ölkələrinə, İrana və Rusiyaya çıxışı deməkdir.Ermənistan dünya üçün, böyük şirkətlər üçün, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr üçün sadəcə maraqlı region deyil. Ermənistan rəhbərliyinin 30 ildir apardığı siyasət Ermənistanı dalana dirəyib. Bu ölkədə iqtisadi inkişaf yox, əhalisi acınacaqlı vəziyyətdə yaşayır və əhali durmadan azalır. 30 il ərzində bu ölkənin əhalisi 30 faizə qədər azalıb. Bu dəhlizin açılması Ermənistanda iş yerlərinin yaradılması, əhalisinin sosial vəziyyətinin yaxşılaşması, Ermənistana investisiya qoyuluşunun artırılmasını nəzərdə tutur. Ancaq Ermənistan yenə də köhnə xülyalarla yaşayır, yenə də Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir və ilk növbədə özü üçün sərfəli olan Zəngəzur dəhlizinin açılmasına bütün vasitələrlə maneçilik törədir. Lakin bunlara baxmayaraq Azərbaycan həmin dəhlizin açılmasında maraqlıdır, iddialıdır və həmin dəhliz mütləq açılacaq.Azərbaycan Naxçıvanla olan əlaqələrini mütləq bu yolla bərpa edəcək. Hesab edirəm ki, Ermənistan nə qədər tez Azərbaycanın bu çağırışına cavab versə, ilk növbədə onun özü üçün faydalı olar. Azərbaycanın təklifləri bu gün regionun inkişafına, regionda sabitliyin möhkəmlənməsinə xidmət edən çağırışlardır və cənab Prezidentimizin dünən BMT Baş Assambleyasındakı çıxışları bunu bir daha təsdiq etdi”, deyə Aydın Mirzəzadə bildirib.

sia.az

Digər xəbərlər