Siyasət

  • 1 301

“27 sentyabr qızıl hərflərlə yazılacaq bir tarixdir, qürur günüdür” - BEYNƏLXALQ EKSPERT ŞƏRH ETDİ

image

“27 senytabr tarixi Azərbaycan xalqı və dövlətimiz üçün bir zəfər mübarizəmizin başlanğıc günüdür, tapdanmış qürurumuzun, Azərbaycan xalqının ləyaqətinin, mədəniyyətinin, eyni zamanda uzun illər ərzində bir çox dövlətlərin dəstəyi nəticəsində işğalda saxlanılmış torpaqlarımızın azad olunmasının başlanğıc günüdür.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Ekspertin sözlərinə görə, buna görə də bu tarix Azərbaycan xalqının tarixinə, dövlətimizin tarixinə qızıl hərflərlə, böyük hərflərlə yazılacaq bir gün kimi düşübdür və biz hər zaman bu günü bir müqəddəs bir gün kimi, bizi irəliyə, inkişafa, qələbəyə, zəfərə, bütövlüyə, tamlığa aparan bir gün kimi hər zaman qeyd etməliyik və qeyd edəcəyik.

“27 sentyabr tarixi həm də qürurumuzun mənbəyi, qürurumuzun ünvanı, Şuşanın azadlığına gedən, Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyini təmin edən və guya məğlubedilməz böyük orduya sahib, böyük dostlara, müttəfiqlərə sahib olmaq mifi yaradılmış Ermənistanın diz çokdürülməsi, kapitulyasiya sənədinə imza atması gününə aparan bir tarixdir, bir dövrdür. 44 günlük müharibə, 44 günlük Vətən mübarizəmizin başlandığı bu an, Azərbaycan xalqını dünyanın, dünya xalqlarının, dünya dövlətlərinin gözündə qalib xalq, məğlubiyyətdən uzaqlaşan, məğlubiyyətdən çıxan, məhz öz gücünə, heç bir dəstək olmadan uzun illər ərzində Ermənistanın böyük dəstək hesabına işğalda saxladığı əraziləri azad edən, BMT Təhlükəsizlik Şurasının, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünənki çıxışında da səsləndirdiyi kimi, BMT tarixində demək olar ki, ilk belə bir hal yarandı və öz gücünə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edən bir dövlətə çevirdi bizi, həmin o dövr, həmin o 27 sentyabr tarixindən başlayan o yol. Eyni zamanda, 27 sentyabr bizi, Azərbaycan xalqını və region xalqlarını gələcək inkişafa aparan bir günün, prosesin başlanğıcıdır. Yəni, 27 sentyabrla biz həm də regionumuza bir barış, sülh gətirmə prosesinə, regionumuzu barış bölgəsinə çevirmə prosesinə başladıq. Həm də regionu qlobal layihələrin, qlobal loqistik layihələrin, komunikasiya layihələrinin birləşdiyi bir nöqtyə çevirmə prosesinə başladıq və çox böyük, uğurlu nəticələr əldə etdik.

Əldə etdiyimiz bu uğurlara, bu nəticələrə görə biz heç bir zaman şəhidlərimizi unutmamalıyıq. Onlara hər zaman borcluyuq. Biz Azərbaycanın hər bir əsgərinə, hər bir zabitinə borcluyuq və biz təbii ki, Azərbaycan xalqını bu qələbələrə aparan Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə borcluyuq. Bu proseslərin öz məntiqi və ədalətli yekununa gəlib çıxmasının səbəbkarı məhz Azərbaycan xalqının sahib olduğu dəyərlər, Azərbaycan xalqının öz qüruru, öz mənliyi, öz vətəni, torpağı uğrunda göz qırpmadan ölümə getməyə hazır olması və bizim belə böyük düşüncələrə, böyük viziona, böyük qlobal baxışa sahib olan liderimizin olmasıdır, belə məhz belə bir potensiala sahib olmağımızın nəticəsidir. Bu günün başlanması Azərbaycan xalqının böyük zəfər tarixidir və tariximizdə bir zəfər günü kimi, bir qürur günü kimi hər zaman qeyd olunmalıdır”, deyə Anar Əliyev bildirib.

Digər xəbərlər