Siyasət

  • 1 309

"Prezident tək Azərbaycanın maraqları ilə bağlı danışmadı" - MÜSAHİBƏ

image

Politoloq Anar Əliyev SİA-ya müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:

- BMT-nin videoformatda keçirdiyi 76-cı sessiyasında cənab Prezident çıxış edib. Sizcə, burda hansı önəmli mesajlar verildi?

- Cənab Prezident videformat vasitəsi ilə etdiyi çıxışında çox önəmli məsələlərə toxundu. Onun bu çıxışı çox əhatəli idi. Çıxışda cənab Prezident tək Azərbaycanın və regionun maraqları ilə bağlı yox, dünyada ümumiyyətlə, təhlükəsizliyi təhdid edə biləcək məsələlərə toxundu. Əslində, mən bu çıxışı təhlil etmədən öncə bir fikir söyləmək istəyirəm. Cənab Prezidentin çıxışını izlədikdə sonra mən bir qənaətə gəldim ki, böyük dövlətlər heç də ərazilərinin böyüklüyü ilə və ya vətəndaşlarının çoxluğu ilə ölçülmür. Xalqların, millətlərin qlobal düşüncəsi ilə və onların liderlərinin qlobal düşüncəsi ilə ölçülür. Azərbaycan Prezidentinin, Azərbaycan xalqının liderinin qlobal düşüncəsi, axşamkı çıxışı onu göstərdi ki, Azərbaycan artıq qlobal dövlətdir. Azərbaycan xalqı qlobal düşüncəyə, qlobal vizyona sahib bir liderə malikdir. Yəni bu lider yalnız Azərbaycan dövlətinin regionun maraqlarını deyil, bütövlükdə dünyanın maraqlarını təhdid edəcək məsələləri təhlil edib və çıxış yollarını göstərə biləcək bir liderdir. Bu bizim üçün qürurverici hadisədir. Azərbaycan Prezidenti, xüsusilə, dünyanın təhlükəsizliyini təhdid edən "Covid-19" probleminə toxundu. Çıxış yollarını və Azərbaycanın həm bir dövlət kimi, həm də Qoşulmama Hərəkatının sədr dövləti olaraq irəli sürdüyü konsepsiyalara toxundu addımlara toxundu. Eyni zamanda Azərbaycan dövlətinin tək başına, müstəqil olaraq, həm də qarşılıqsız atdığı addımlardan, Ümumdünya Səhiyyə Təşkilatına, həmçinin, onlarla dövlətə təmənnasız yardımlarımızdan, bir neçə ölkəyə vaksinlərin təmənnasız olaraq çatdırılmasından danışdı. Eyni zamanda inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan ölkələrin vaksinə əlçatanlığından, bunu qlobal lider olaraq, həqiqətən, əsaslı şəkildə səsləndirdi və əsalandırdı ki, bu gün dünyanın bir neçə böyük dövləti vaksinlərin böyük bir hissəsini, demək olar ki, 80-90 faizinə sahibdir və əksinə, iqtisadi baxımdan zəif inkişaf etmiş ölkələr də var ki, onlarda vaksinləşmə 2 faiz həddindədir. Bunlar artıq Azərbaycan miqyasından, region miqyasından çıxan məsələlər idi. Azərbaycan lideri dünya ictimaiyyətinin, dünya dövlətlərinin diqqətini məhz bu məsələlərə, bu istiqamətə çəkməyə bacardı. Eyni zamanda Azərbaycan Prezidenti postpandemiya dönəmində qlobal əməkdaşlıq məsələlərinə toxundu. Həmçinin, yeni platformaların yaradılması təşəbbüsü ilə çıxış etdi. Eyni zamanda Azərbaycan Prezidenti dünənki çıxışı zmanı BMT təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı məsələyə toxundu. Bu barədə fikir səsləndirdi ki, BMT yarandığı dövrdən bu yana BMT TŞ-nın qəbul etdiyi qətnamələri bəlkə də yeganə haldır ki, Azərbaycan tərəf olaraq özü həyata keçirdi. Eyni zamanda cənab Prezident bildirdi ki, BMT-nin qətnamələri yerinə yetimək mexanizmi yoxdur. Çox yaxşı olar ki, BMT-nin qətnamələrinin həyata keçirilməsi mexanizmi üzərində işlənsin. Bununla da dünyada sülh, əmin-amanlıq həqiqətən özünü göstərəcək. Bu artıq dövrümüzün tələbi və çağırışıdır. BMT bir qlobal təşkilat olaraq dünyanın təhlükəsizliyinin, ayrı-ayrı ölkələrdə, zonalarda dövlətlərin, xalqların, millətlərin üzləşdiyi haqsızlıqların haqla, ədalətlə, beynəlxalq hüquq çərçivəsində həllini istəyirsə, BMT-nin bu prosesdə rolunun artamasını istəyirsə artıq bu istiqamətdə konkret addımlar atmalıdır.

- Cənab Prezident çıxışında dedi ki, Azərbaycan ərazilərinin və xalqinin təhlükəsizliyinə toxunma cəhdləri olarsa, Azərbaycan özünü müdafiə etməkdən geri çəkilməyəcək . Sizcə, bu kimlərə bir mesaj idi?

- Həqiqətən də, cənab Prezident açıq şəkildə bəyan etdi ki, baxmayaraq ki, biz sülh çağırışları edirik, regionda əməkdaşlığa çağırış edirik, qarşı tərəfi daim sülhə, birgəyaşayışa çağırırıq, bir çox layihələrdə birgə iştiraka dəvət edirik, Ermənistan tərəfindən bunlara, təəssüflə qeyd etməliyik ki, heç bir cavab yoxdur. Amma buna baxmayaraq Prezident açıqca qeyd etdi ki, hansı ki, bu ifadə Azərbaycan dövlətinin maraqlarını göstəricisi idi. Yəni Azərbaycanın suveren hüquqlarına, xalqımızın təhlükəsizliyinə hər hansı təhdid olacaqsa, Azərbaycan öz suverenliyini qoruyacaq. Bu, BMT nizamnaməsində və beynəlxalq sənədlərdə yazıldığı kimi, Azərbaycanın tanınmış hüquqdur. Bu bir həqiqətdir ki, regionda, xüsusilə də, rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə sülhə xələl gətirəcək hadisələr yaşanır. Burada yalnız erməni tərəfini, erməni seperatçılarını və ya rus sülhməramlılarını və onların təmsil etdiyi ölkəni qınamaq olmaz. Burada çox sayda beynəlxalq güclər iştirak edir. Çox təəssüf ki,regionda maraqları toqquşan, bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bir çox xalqlar erməniləri, Ermənistanı daim alətə çevirib.

- ABŞ-ın bəzi rəsmilərinin "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsi barədə nə düşünürsüz?

- Amerikanı təmsil edən bəzi şəxslər, məsələn, bu ölkənin Ermənistandakı səfiri ümumiyyətlə, diplomatik fəaliyyətdə əks olunan, səlahiyyət çərçivələrini aşan bəyanatlar səsləndirir. Hər bir səfir maraqlarını təmsil etdiyi ölkənin mövqeyini nümayiş etdirir. Amerika səfirinin başqa ölkə ilə, qonşu ölkə ilə bağlı hər hansı məsələyə fikir bildirməsi ümumiyyətlə, onun səlahiyyətlərinə aid deyil. Amerika dövlət katibi Ermənistanın 30 illiyi ilə bağlı müraciətində Dağlıq Qarabağ terminindən istifadə etməyə çalışdı. Təsəvvür edin ki, biz Amerikanın tərkibində mövcud olmayan və yaxud Fransada qanunsuz, heç bir subyekt tərəfindən tanınmayan bir qurumdan danışırıq. Bu, təbii ki, gülüşlə qaşılanacaq. Düzdürmü? Eyni ilə amerikalı səlahiyyətlilərin bu açıqlamasını Azərbaycan xalqı gülüşlə qarşılayır. Bunu həmin Amerika rəsmiləri başa düşməlidir ki, Azərbaycanda mövcud olmayan hər hansı inzibati ərazidən bəhs etmək gülüncdür. Beynəlxalq hüquqa ziddir.

- Sizcə, ABŞ regionda fəallaşmağa çalışırmı?

- Ermənistan üzərindən bir sıra qüvvələr xüsusilə də, ABŞ yenidən fəallaşmağa, yeni oyunlar qurmağa çalışır. Bunu biz bir sıra hallarda, xüsusilə də, ABŞ-ın Ermənistandakı səfirinin mütəmadi olaraq bu məslələrə müdaxilə etməsini açıq şəkildə görürük. Təəssüf ki, bu aktivlik regionda əldə edilmiş stabilliyin qorunmasına və davamlılığına xidmət edəcək addımlar deyil. Bəli, Ermənistan üzərindən yeni oyunlar qurulmaqdadır. Çox, təəssüflə qeyd etməliyəm ki, Ermənistan artıq düşdüyü vəziyyətlə barışmağa başlayacığı an ona hər hansı kənar qüvvələr yalançı vədlər verir. Hansısa boş vədlərlə, mənasız bəyanatlarla Ermənistan hakimiyyətində və Ermənistan xalqında xülyaların yenidən formalaşmasına xidmət edən addımlar atılır. Çox təəssüflə, qeyd etməlıiyik ki, region xalqları sülhə meyilləndiyi bir vaxtda beynəlxalq güclərin buna tam əks reaksiyasını görürük.

Digər xəbərlər