Siyasət

  • 1 426

"27 sentyabr Azərbaycanın qələbəsinin başlanğıcı oldu" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"30 ilə yaxın Azərbaycan torpaqlarını işğal etmiş yüz minlərlə azərbaycanlını didərgin etmiş və on minlərlə azərbaycanlını məhv etmiş uşaqların və qadınların qatilləri nəhayət Azərbaycan xalqının qəzəbini 27 sentyabrdan görməyə başladı". Bu sözləri SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan əmr verdi və Müzəffər Azərbaycan ordusu hərəkətə keçərək işğalçılardan öz torpaqlarımızı azad etməyə başladı. Asim Mollazadə bu haqda fikirlərini belə izah edib: "Bu zaman bizim minlərlə igidimiz şəhid oldu. Bir çox əsgər və zabit qazi oldu. Lakin Azərbaycan xalqı bir yumruq kimi öz ordusunun, öz Ali Baş Komandanın ətrafında birləşərək düşmənə cavabı verməyə başladı. Bu Azərbaycan xalqının tarixində şanlı günlərin başlanğıcı, Azərbaycanın qələbəsinin başlanğıcı oldu. Müharibədə düşmən təxribatı nəticəsində mülki əhali də şəhid oldu. Azərbaycan xalqı olaraq biz onları daima anırıq və hər zaman onları anacağıq".

Digər xəbərlər