Siyasət

  • 2 927

“Şəhidlərimiz Vətən, bayraq və dövlət qədər bizim üçün əzizdir” - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

image

“2020-ci il 27 sentyabr Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. 27 sentyabr böyük qələbəmizə aparan yolun başlanğıcıdır, qürurverici bir gündür. Həmin gün ilk həmlədə rəşadətli ordumuz tərəfindən kəndlərimizin azad olunması bu inamı daha da gücləndirdi, xalqın “Dəmir yumruq” ətrafında birləşməsinə yol açdı”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, biz dövlət və xalq olaraq Azərbaycan üçün canlarını qurban vermiş əsgərlərimizi, hərbçilərimizi heç vaxt unutmayacağıq: “Onlar canlarından keçdilər ki, Vətən, bayraq və dövlət yaşasın. Şəhidlərimiz vətən, bayraq və dövlət qədər bizim üçün əzizdir. Qazilərimiz əzizdir, Allah onlara uzun ömür, cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. 44 günlük Vətən müharibəsi bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan xalqı vətənpərvər, qəhrəman xalqdır, vətəni, bayrağı, dövləti canından əziz bilir. Azərbaycan heç zaman bir qarış torpağını kimsəyə güzəştə getməyəcəkdir. Bu xalq bir bayraq ətrafında birləşdi, uşaqdan böyüyə hər bir kəs, bütün millət, Azərbaycan bir ordu oldu. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, cansağlığı versin. Biz şəhidlərimizi qürurla, başı dik anırıq”.

sia.az

Digər xəbərlər