Siyasət

  • 1 629

“Bunu tarixdə ilk dəfə Azərbaycan yazdı” - PARTİYA SƏDRİ İNCƏ DETALLARA TOXUNDU

image

“Nasionalnaya oborona” jurnalı və onun baş redaktoru Korotçenko Rusiyada çox məşhurdur və onunla hesablaşılır. Korotçenko çox ciddi bir fiqurdur və təsir gücü var. Onu Rusiyada tez-tez tok-şoulara dəvət edirlər, müsahibə alırlar, çox görkəmli və obyektiv adamdır. Ona görə də cənab Prezidentdən anım gününün bir illiyi ərəfəsində müsahibənin alınmasını çox ciddi qiymətləndirirəm”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.Partiya sədri qeyd edib ki, bu, Rusiya hərbi istiblişmentinin Azərbaycana həm də münasibətidir.“Ermənistana heç zaman xoş gəlməz, hərbi cəhətdən ancaq Ermənistanın təchiz olunmasını arzulayan ermənilərə xoş gəlməz ki, Azərbaycana bu cür münasibətlə böyük bir müsahibə jurnalda çap olunsun və orada açıq-aşkar Azərbaycana və Azərbaycanın Prezidentinə, Ali Baş Komandana hörmət, ehtiram ifadə olunsun. Mən bunu xüsusilə qeyd etmək istərdim ki, əslində, Azərbaycan Ordusunun peşəkarlığını məhz Rusiyanın əvvəllər heç də o qədər qiymətləndirməməsinə indi bu ən yaxşı, tutarlı cavabdır.Onu da deyim ki, müsahibə çox ciddidir və mən bunu şərti olaraq üç yerə bölmək istərdim. Birincisi, İkinci Qarabağ müharibəsinə qədər olan müddət, ikincisi müharibənin özünün aparılması zamanı olan münasibətlər və üçüncüsü də post-müharibə dövrü. Cənab Prezident ciddi şəkildə öz müsahibəsində deyir ki, Azərbaycan beynəlxalq təşkilatlara inanıb ki, bəlkə bu məsələni həll edələr, amma bununla belə Azərbaycan Ordusu daim müharibəyə hazırlaşıb, Azərbaycan özünün ordusunu təkmilləşdirib, hətta vaxtilə İsraildən ən mühüm uçuş aparatları belə alıb və Türkiyədə də bu istehsal başlanandan sonra Bayraktarları alıb. Eyni zamanda, 2016-cı ildə çox uğurlu Lələtəpə əməliyyatı keçirilib. Yenə ermənilər geri oturmayıblar, dərs götürməyiblər. Bundan sonra 2018-ci ildə Naxçıvanda qan tökmədən belə uğurların qazanılması da ermənilərə dərs olmayıb. Cənab Prezident bunu xüsusilə qeyd edir ki, gərək ermənilər dərs görüəydilər, minlərlə əsgər itgisi olmadan ortaq məxrəcə gəlinəydi.Nəhayət, 27 sentyabrda Ermənistan tərəfi yenə də təxribatçı hərəkətləri ilə Azərbaycan tərəfini təxribata cəlb edəndə, cənab Prezident bildirir ki, müdafiə nazirinə əks hücum barədə öz göstərişini verib. Eyni zamanda, cənab Prezident çox ciddi şəkildə müharibə dövrünə toxunur, qeyd edir ki, 44 günlük müharibə dövründə hər gün döyüş planları müvafiq şəxslərlə müzakirə edilirdi və birinci gündən, birinci həmlədən ermənilərin müdafiə xəttinin yarılması həqiqətən də çox böyük uğur idi. Çünki ermənilər bunu gözləmirdi, onların çox ciddi bir “Ohanyan səddi” var idi, bu səddin yarılması çox ciddi oldu. Cənab Prezident xüsusilə, ermənilərin Hadrud istiqamətində olan döyüşləri gözləmədiyini, orada çox böyük planla müvəffəqiyyət qazanıldığı qeyd edir və Laçın rayonunun cənubuna çıxılması proseslərini izah edir, ən nəhayət Şuşa döyüşlərindən danışır. Bəzən bizdə də ağzıgöyçəklər, bəzən hətta müxalifət də deyir ki, guya şişirdilir, Azərbaycan o qədər də təhlükəsiz iş görməyib. Ancaq bir daha aydın olur ki, həqiqətən İkinci Qarabağ müharibəsinə kimi dünyanın heç bir yerində elektron vasitələrdən, uçuş aparatlarından bu qədər müvəffəqiyyətlə istifadə olunmamışdı. Nə Amerika, nə Fransa, nə də hansısa bir dövlət öz döyüşlərində bu cür geniş əməliyyatlar keçirib uğurlar qazanmayıbdır. Bunu tarixdə ilk dəfə Azərbaycan yazdı. Təsadüfi deyil ki, dünyanın bütün strateji mərkəzlərində, hərbi məktəblərində Azərbaycanın bu müvaffəqiyyətindən, döyüş taktikalarından bəhs edirlər, xüsusən Şuşanın alınması ilə bağlı məsələlərdən çox ciddi bəhz olunur və öyrənilir.Eyni zamanda cənab Prezident ordumuzla yanaşı Xüsusi Təyinatllara xüsusi yer ayırır, müdafiə nazirinin, daxili işlər nazirinin, Sərhəd Qoşunlarının, Dəniz Qüvvələrinin və digərlərinin xüsusi təyinatlılarının birgə çox əməliyyat keçirməsini və müvəffəqiyyətli əməliyyatların baş tutmasını, onların qəhrəmanlıqlarını xüsusi qeyd edir. Hər bir yerdə cənab Prezident Azərbaycan əsgərinin, Azərbaycan hərbçisinin müvəffəqiyyətini vurğulayır. Elə müsahibə zamanı səslənən suallardan da, Rusiya tərəfinin münasibətindən də bilinir ki, burada cənab Prezident təvazökarlıq edir, çünki onun özünün misilsiz xidmətləri oldu. Onun qeyd etdiyi kimi, çoxlu sayda müsahibələr verməklə, dünyanı inandırmağı, Azərbaycanın ədalətli mübarizəsini təqdim etməsi, özünün soyuqqanlı yanaşması, insanpərvərliyi ortadadır, göz önündədir. Cənab Prezident bildirir ki, ermənilərin dinc əhalimizi, şəhərlərimizi bombalamalarına baxmayaraq, xüsusi göstəriş verib ki, Azərbaycan tərəfi heç zaman müharibə cinayətlərinə yol verməsin, hərbi cinayətlər eləməsin, əgər edənlər varsa, bunlar cəzalansın. Yəni, ədalətli, vicdanlı bir döyüş aparılıb.Bu, çox ciddi bir qələbədir. Əslində, bu, regionda təkcə Ermənistanın deyil, erməni faşizminin də kökünün kəsilməsində çox ciddi bir rol oynayan döyüş olub. Əlbəttə, post-müharibə dövrünə də cənab Prezident toxunur və qeyd edir ki, Dağlıq Qarabağın heç bir statusu yoxdur. Cənab Prezident pos-müharibə dövründə də qarşı tərəfi təmkinə çağırır, Dağlıq Qarabağın süni şəkildə statusunun irəli atılmasını mənasız hesab edir, rusiya sülhməramlılarının sabitləşdirici rol oynamısını qeyd edir, regionda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması barədə əməkdaşlıq formalarını, bu zaman komunikasiyaların açılmasının zəruriliyini, 10 noyabr razılaşmasının yerinə yetirilməsinin şərtlərini və hamısını izah edir.Dediyim kimi, birmənalı şəkildə həm Azərbaycan cəmiyyətində, həm də xaricdə bu müsahibə çox ciddi rezonans doğurub və bir daha Azərbaycan Prezidentinin, Ali Baş Komandanın dili ilə Azərbaycanın nə qədər haqlı mübarizəsi, təmkinli olması, ədalətli müharibə aparması, öz haqlarını müdafiə etməsi və bunu bacarması böyük bir rəğbət hissi ilə qarşılanıb. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın uğurudur. Ali Baş Komandanın Azərbaycana bu cür rəhbərlik etməsi, post-müharibə dövründə tikinti, abadlıq işlərindən bəhs etməsi, yolların, komunikasiyaların çəkilməsi, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi və digər məsələlər ətraflı şərh olunur. Hesab edirəm ki, çox ciddi və böyük müsahibədir. Mən öz fikrimi demək istərdim ki, cənab Prezident müharibə və ondan sonrakı bir illik ötən dövrün səlnaməsini verib və bu səlnamə həqiqətən də hamı üçün bir nümunədir”, deyə Tahir Kərimli bildirib.

sia.az

Digər xəbərlər