Siyasət

  • 2 143

Ağcabədidə Anım Günü ilə əlaqədar tədbirlər davam edir FOTOLAR

image

27 Sentyabr - Anım Günü ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, bir qrup YAP fəalı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat komandiri şəhid kapitan Samir Mikayıllının ailəsini ziyarət edib. Əvvəlcə Ağcabədi rayonunun Salmanbəyli kəndində şəhid Samir Mikayıllının adını daşıyan “Xatirə” parkındakı abidəsi, həmçinin Vətən uğrunda canlarından keçmiş digər kənd şəhidlərinin abidəsi qonaqlar, şəhidin ailə üzvləri və bir qrup kənd əhalisinin iştirakı ilə ziyarət olunmuş, abidə önünə tər çiçəklər düzülüb.

Sonra tədbir iştirakçıları Samir Mikayıllının doğulub boya-başa çatdığı evə gedərək, ailə üzvləri və yaxın qohumları ilə görüşüblər. Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov 30 ilə yaxın düşmən işğalı altında qalan torpağımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad edilməsində əsl qəhrəmanlıq göstərmiş döyüşçülərimizin şücaətindən, bu yolda canından keçmiş qəhrəman gənclərimizin, o cümlədən, şəhid Kapitan Samir Mikayıllı kimi minlərlə hərbçinin canı, qazilərin isə qanı bahasına böyük qələbənin əldə edildiyini qeyd etmiş, bütün şəhidlərə və Kapitan Samir Mikayıllıya Allahdan rəhmət, qazilərə isə şəfa diləmişdir.

Şəhidin yaxın qohumu, kənd ağsaqqalı Heydər Məmmədov, şəhidin atası Sabir Sultanov, anası Əziz Babayeva şəhidləri yaddan çıxarmadıqlarına, onların xatirəsini daim ehtiramla yad etdikləri üçün öz minnətdarlığını bildiribdir.Sabir Sultanov onu da qeyd edib ki, övlad itirsək də, torpaqlarımızın işğaldan azad edilməsi bizə böyük təsəllidir. Bir şəhid ailəsi kimi Dövlətin qayğısını daim üzərimizdə hiss edirik. Bu diqqətə görə, Ali Baş Komandan, ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, mənfur ermənilər 10 noyabr sazişinin müddəalarına əməl etməsə, bəzi dövlətlərin dəstəyinə arxalanaraq təxribatlarını davam etdirsə “dəmir yumruq” başları üzərinə enməyə hazırdır. Əgər onlar yenidən bizi müharibəyə sövq etsələr, şəhid oğlumuz Samirin 2 qardaşı da döyüşə atılmağa hazırdır.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər