Siyasət

  • 1 225

“27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gündür” POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

image

Ümumiyyətlə, 27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq vurğulayıb ki, son 200 ildə Azərbaycan torpaq vermədi, öz tarixi torpaqlarının böyük bir hissəsini erməni işğalından azad etdi və demək olar ki, müqasir Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etdi və bu, Azərbaycan xalqının milli qürurunun, milli ləyaqətinin təntənəli surətdə yüksəlməsi idi.

“Demək olar ki, 30 il ərzində Ermənistan tərəfi Azərbaycana qarşı vandalizm, faşizm, işğal, etnik təmizləmə və soyqırım siyasəti həyata keçirib, hətta konkret olaraq bu işğalı davam etdirərək yeni ərazilər işğalına da hazırlaşırdı. 27 sentyabrda Azərbaycan əks hücumla düşmənin bu planının qarşısını alaraq 44 gün ərzində Ermənistanla dövlət sərhəddinə çıxdı və Ermənistanın, dənizdən dənizə böyük Erənistan ideologiyasını məhv etdi. Azərbaycan Ermənistanın 30 il ərzində ordusu ilə bağlı yaratdığı mifi darmadağın etdi və bu, Azərbaycan tarixi, Azərbaycanın ədalətli qələbəsi, həmçinin beynəlxalq hüququn təntənəli surətdə yerinə yetirilməsi, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi idi və bu müharibədə də demək olar ki, beynəlxalq birlik, bir neçə ermənipərəst dövləti çıxmaq şərti ilə öz neytrallığını qoruyub saxladı. Bütün beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyırdı və Azərbaycan geosiyasi vəziyyəti demək olar ki, bununla dəyişə bildi, prosesləri öz lehinə uyğun olaraq müsbətə doğru dəyişdi, hansı ki, bu, tarixi zəfər idi. Demək olar ki, 30 il ərzində aparılan Minsk Qupu danışıqlarına Azərbaycan xalqı manipulyasiya kimi yanaşırdı və rəsmi Bakı da bilirdi ki, bu danışıqlarla Ermənistan tərəfi bir qarış da torpaq güzəştə getməyəcək. Buna görə də 30 il ərzində silahlandı, dünyanın beşinci nəsil silahlarına malik oldu və bütün istiqamətlərdə ərazilərin işğaldan azad olunması üçün səfərbər oldu, gücləndi. Ordunu gücləndirməklə də artıq 30 ildən sonra danışıqların nəticəsiz olduğunu bir daha sübut etmiş oldu və ordunun gücü ilə əraziləri işğaldan azad etdi.
Ümumiyyətlə, Azərbaycan xalqı 30 il ərzində qəti surətdə işğalla barışmadı və barımadığını da ötən il bir daha sübut etdi. Bu 30 il ərzində biz dünyaya göstərdik ki, biz gücləndik, yeni silahlar aldıq, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. Düşünürəm ki, bundan sonra Azərbaycan dövləti daha da güclənəcək və erməni faşizmi baş qaldırmayacaq”, deyə politoloq Məhəmməd Əsədullazadə bildirib.

Digər xəbərlər