Siyasət

  • 413

Bundan sonra əsas addımları Rusiya atmalıdır POLİTOLOQ MÖVQE BİLDİRDİ

image

“Bəli, Rusiya Türkiyə ilə tərəfdaş münasibətlərə malikdir və Qərbin hər iki dövlətə qarşı sanksiyaları mövcuddur ki, bu da hər iki dövləti birləşdirir. Bundan əlavə ticarət, iqtisadi əlaqələr var, enerji əməkdaşlığı var, Rusiya Türkiyədə Atom Elektrik Stansiyası inşa edir.” Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri vurğulayıb ki, o cümlədən Cənubi Qafqaz bölgəsində də Rusiya ilə Türkiyə arasında dialoq mövcuddur.

“Azərbaycanın əsas istəyi odur ki, Rusiya işğalçını himayə etməsin. Bizə barış, sülh, inkişaf lazımdır. Biz Ermənistanı da anlatmağa çalışırıq ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın, dəhlizi açsın və məncə bu məsələlər də Soçidə görüşüləcək, fikir mübadiləsi aparılacaq. Türkiyə də Ermənistanla əlaqələri bərpa etməyə, sərhəddi açmağa hazırdır, bir şərtlə ki, Ermənistan konstruktiv addımlar atsın, Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanısın, dəhlizi açsın. Bu hamının xeyrinədir. Rusiyanın da hətta xeyrinədir ki, Rusiya da regional əməkdaşlığa qoşulacaq, bölgədə sülh olacaq.

Bütün bu məsələlər əlbəttə ki, dilə gətiriləcək, səsləndiriləcək. Əsas addımları artıq bundan sonra Rusiya atmalıdır. Ermənistan Rusiyanın təsiri altındadır, Rusiyanın bir istəyini iki edə bilməz. Əgər Rusiya bölgədə sülh, barış, inkişaf, əməkdaşlıq istəyirsə, Ermənistanı məcbur etməlidir ki, Azərbaycanın haqlı tələblərini yerinə yetirsin”, deyə Elxan Şahinoğlu bildirib.

Digər xəbərlər