Siyasət

  • 512

Şəhidlərimiz Türk Şurasında da yad ediliblər

Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

image

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici diplomatlardan Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunmasını xahiş edib.

Daha sonra toplantı iştirakçıları ayağa qalxıblar, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

“Düz bir il əvvəl, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu əks-həmlə əməliyyatı nəticəsində işğala son qoydu. 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdı, 30 il işğal altında qalan torpaqlarımız azad olundu”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“Fürsətdən istifadə edərək Vətən müharibəsi dövründə Azərbaycana dəstək olan, Azərbaycanın haqq sözünə dəstəyini nümayiş etdirən bütün dövlətlərə təşəkkür etmək istərdim. Xüsusən Türkiyənin rolunu da vurğulamalıyam. Vətən müharibəsinin ilk günündən başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə Böyük Millət Məclisi, deputatlar, siyasi partiyalar, Xarici İşlər Nazirliyi, şəxsə Mövlud müəllim, Türkiyə xalqı tam və açıq şəkildə Azərbaycan xalqının, Azərbaycan dövlətinin yanında oldu. Bu siyasi və mənəvi dəstək bizə güc verdi, qardaşlıq rəmzinə çevrildi”, - deyə Azərbaycan XİN rəhbəri vurğulayıb.

C. Bayramov Vətən müharibəsi dövründə Türk Şurasının dəstəyini də yüksək qiymətləndirib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib ki, Ermənistanın xarici işlər naziri ilə görüş planda yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra bəzi müsbət mesajlar verdi və dövlət başçımız da buna müsbət yanaşdı. Bizim əvvəlcədən arzumuz bu idi ki, müharibədən sonra region sülh regionuna çevrilsin. Azərbaycan sülh təklifi ilə çıxış edib. Lakin Ermənistan sülh təklifinə müsbət cavab verməyib. Biz Ermənistanla münasibətlərin normallaşmasına dair addımları Can Azərbaycanla birlikdə koordinasiya edəcəyik.

27 sentyabr Türk dünyası üçün fərqli mənaları olan önəmli tarixidir: “27 sentyabr Türkmənistanın müstəqilliyinin ildönümüdür. Bu gün eyni zamanda Qarabağın azad olunmasına gedən Vətən müharibəsinin başlamasının ildönümü, can Azərbaycanın şəhidlərini anma günüdür. Toplantımızın açılışında şəhidlərimizi birlikdə yad etdik. Əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağın artıq qeyri-sabitlik və münaqişədən çox barış və inkişafla xatırlanmasını istəyirik. Bölgə artıq normallaşma mərhələsinə daxil olmalıdır.

Regional işbirliyi və rifaha istiqamətlənən yeni fürsətlər yaranıb. Bu istiqamətdə can Azərbaycanın da vacib təklifləri oldu. Hər kəsin qazanclı çıxacağı bu fürsətlərin bütün ölkələr tərəfindən dəyərləndirilməsinə ümid edirik. Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bölgədə rifah və sabitliyin olması ilə bağlı istəklərini dəfələrlə vuğrulayıblar.

Digər xəbərlər