PDF Oxu

Siyasət

  • 3 209

Yunan jurnalist Türkiyə və Pakistan kəşfiyyatından TƏLAŞLANIR

Yunan jurnalist Türkiyə və Pakistan kəşfiyyatından TƏLAŞLANIR

Yunanıstanlı jurnalist Andreas Mountzouroulias özünün tvitter səhifəsində yazıb ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlı imperiyasını bərpa etmək marağındadır və bu, onun xəyalıdır.Mountzourouliasın yazdığına görə, Yunanıstan və Hindistan öz əlaqələrini möhkəmləndirməlidirlər. “Bu, bimiz münasibətlərin möhkəmləndirilməsi üçün əhəmiyyətlidir. İki ölkənin silahlı qüvvələri dərhal birgə hərbi təlimlərə başlamalıdır. Həm Hindistan, həm də Yunanıstan üçün sivilizasiyalarını inkişaf etdirmək və partnyorluq əlaqələrini artırmaq lazımdır”, yazan Andreas Mountzouroulias təklifinin həyata keçirildiyi halda daha geniş Avrasiya regionunda mövcud olan Türkiyə və Pakistan ittifaqına qarşı balanslaşdırmanın əldə olunacağını hesab edir.Yunan jurnalist onu da bildirib ki, ən təlaşlandırıcı aspekt Türkiyə MİT-i (Milli İstihbarat Teşkilatı – Milli Kəşfiyyat Təşkilatı) ilə ISI-nin (Pakistan Milli Kəşfiyyat İdarəsi) qarşılıqlı əməkdaşlıqlarıdır.

sia.az

Digər xəbərlər