Afina idarəçiliyinə yaxın mətbuat xəbər verir ki, Rusiyanın 5-ci nəsil qırıcılarından hesab edilən SU-75 “Checkmate” Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyatını doldura bilər.“Belə görünür ki, türk müdafiəsinin ruslaşdırılması həm də HHQ səviyyəsində irəliləyir, özü də yeni rus təyyarəsi “Checkmate” Türkiyənin əldə etmək istədiyi yeni qırıcılar siyahısında yer alıb”, hakimiyyətyönümlü yunan mediası yazır və xatırladır ki, ABŞ Türkiyə-Rusiya münasibətlərində sərt mövqe tutub.“F-35 proqramından çıxarılması və sanksiyaları tətbiq edən CAATSA qanununun aktivləşdirilməsi başlanğıcı idi, belə ki, bu hələ yeni sanksiyalar tufanına qədər olan zaman məsələsidir. Məsələ isə həm də ondadır ki, NATO bundan sonra hansı mövqeni tutacaq və kim Amerikanın mümkün sanksiyalarına qarşı çıxacaq. İstənilən halda NATO indi qapalı görünür, Türkiyə isə Moskvanın ideal Troya atı kimi görünməkdədir”, deyə yunan mediası yazır.
sia.az