PDF Oxu

Siyasət

  • 2 576

Hərbi analitik: “İrəvanın kiminsə qarşılıqsız yardımına ümid etməsi əbəsdir” RƏY

Hərbi analitik: “İrəvanın kiminsə qarşılıqsız yardımına ümid etməsi əbəsdir” RƏY

“Qazeta.Ru” nəşrinin hərbi analitiki Mixail Xodaryonok maraqlı şərh ilə çıxış edib. SİA xəbər verir ki, onun sözlərinə görə, Ermənistan böyük olmayan resursları və azalan əhalisi ilə müasir ordu qura bilməyəcək.“Erməni tərəfi regiondakı silahlı qüvvələrin ərazi hazırlıqlarında və düşmənə qarşı müdafiə məsələsində çox az iş aparıb”, deyə qeyd edən hərbi analitik hərbi əməliyyatlar teatrında ordunun və mühüm hərbi, eləcə də arxa cəbhə obyektlərinin qarşı tərəfin zərbələrindən müdafiəsi üçün də heç bir əhəmiyyətli tədbirlərin həyata keçirilmədiyini vurğulayıb. “Döyüş qabiliyyəti olmayan silahlı qüvvələrsiz istənilən siyasi bəyanat heç nəyə dəymir”, Xodoryonok bildirib.Onun sözlərinə görə, İrəvanın kiminsə qarşılıqsız yardımına ümid etməsi əbəsdir, belə ki, Qərb Ermənistandan uzaqdadır, Rusiyaya isə bütöv bir proqramla İrəvanın tərəfində dayanması ona (Kremlə) sərf etmir.Qeyd edək ki, Mixail Xodoryonok İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın tərəfindən çıxışlar edərək işğalçı ölkənin hərbi-siyasi dairələrini müdafiə edirdi. Bu gün isə onun Ermənistanı davamlı tənqidləri ilə hədəfə alması təəccüblü görünməkdədir.

sia.az

Digər xəbərlər