PDF Oxu

Siyasət

  • 2 865

"Buna Ermənistan siyasi rəhbərliyinin cəsarəti çatmır” - POLİTOLOQ AÇIQLADI

"Buna Ermənistan siyasi rəhbərliyinin cəsarəti çatmır” - POLİTOLOQ AÇIQLADI

“Baxmayaraq ki, müharibənin başlanmasından bir il keçib, amma Ermənistan cəmiyyəti və iqtidarı hələ də şokdadırlar. Çünki nə hərbi-siyasi rəhbərlik, nə də ki, cəmiyyət düşünmürdü ki, Ermənistan ordusunun məğlubiyyəti bu qədər qısa zamanda baş verəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlzadə deyib.Onun sözlərinə görə, onlar düşünürdülər ki, Azərbaycana nəinki müqavimət göstərə bilərlər, eyni zamanda Azərbaycanın digər rayonlarını, ərazilərini işğal edə bilərlər: “Hər halda belə bir niyyətləri vardı və onlar bunu gizlətmirdilər. Onlar üçün ən gözlənilməz hadisə isə Azərbaycan nəinki keçmiş Dağlıq Qarabağ vilayətinin ətrafında olan rayonlarını qaytaracaq, eyni zamanda keçmiş Dağlıq Qarabağın ərazilərinin bir hissəsi və ən mühüm olan Şuşa şəhərini qaytaracaq. Azərbaycan artıq gələcəklə bağlı prinsipial təkliflər irəli sürüb. Bu da ki, sülh müqaviləsinin bağlanmasından, delimitasiya və demarkasiya işlərinin görülməsindən, kommunikasiyaların açılmasından ibarətdir. Bu təkliflərə müsbət cavab vermək üçün Ermənistan siyasi rəhbərliyinin cəsarəti çatmır”.

sia.az

Digər xəbərlər