"Zəfər tarixinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, çünki müstəqilliyimizi qazandığımız bu 30 il ərzində Azərbaycan yarımçıq təəssürat bağışlayıb. Yəni, dövlətimizin bir hissəsi işğal altında olduğu üçün Azərbaycan özünü tam müstəqil hiss edə bilməyib.Azər Həsrət bu haqda fikrini belə izah edib: "Amma 2020-ci ilin noyabrında artıq bu proses başa çatdırıldı. Azərbaycan öz ərazisini işğaldan azad etməklə özünü bütövləşdirdi, tamlaşdırdı. Bu tamlaşma işığında, fonunda Azərbaycanın zəfər tarixini orta məktəblərdə yetişməkdə olan nəslə tədris etməsi çox vacibdir. Bu baxımdan mən hesab edirəm ki, məktəblərdə zəfər tarixinin tədris edilməsi çox əhəmiyyətlidir. Ümumilikdə isə zəfər tarixi Azərbaycan üçün bir qürur mənbəyidir".
sia.az