PDF Oxu

Siyasət

  • 2 529

ATƏT-in həmsədrləri əvvəlki kimi “aşsüzəndə su daşımaqla” məşğul olacaqlar? ANALİTİK+ŞƏRH

ATƏT-in həmsədrləri əvvəlki kimi “aşsüzəndə su daşımaqla” məşğul olacaqlar? ANALİTİK+ŞƏRH

Və ya Tofiq Zülfüqarov sözügedən məsələyə hansı maraqdoğurucu aydınlıqlarını gətirdi?

Region növbəti dəfə ATƏT-in Minsk qrupu həmsədrlərinin ziyarətinə hazırlaşır. Bu barədə daha əvvəl Rusiya XİN-nin başçısı Sergey Lavrov bəyan edərək vurğulamışdı ki, Bakı və İrəvanla yanaşı, həmsədrlər Xankəndini də ziyarət edəcəklər. Lavrov eyni zamanda xatırladıb ki, həmsədrlər BMT-nin Baş Assambleyası sahələrində Ermənistanın və Azərbaycanın XİN rəhbərləri ilə görüşərək regiona qarşılıqlı səfərlərin bərpa edilməsi üçün razılıq əldə ediblər.Həmsədrlərin regiona səfərlərinin məqsədi nədir? Onlar Bakı və İrəvanla, eləcə də Xankəndidə hansı məsələlərin müzakirəsini aparmaq niyyətindədirlər?Onların yenidən Qarabağın statusu məsələsini gündəmə gətirəcəklərini də istisna etmək olmaz, hansı ki, bu haqda ABŞ-ın, Fransanın rəsmi şəxsləri də inadkarlıqla danışırdılar. Lakin onlar bir həqiqəti də anlamalıdırlar ki, Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsinin başlanmasının birinci ildönümündə “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və kimlərsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirlərsə, qoy bunu öz ərazilərində etsinlər, öz ərazilərində “Dağlıq Qarabağ” adlı respublika yaratsınlar və biz də onu tanıyaq. Ancaq Azərbaycandan kənarda! Bu məsələ həll edilib. Bunu mən – Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı deyirəm. Hər kəs də bu sözlərlə hesablaşmalıdır”, deyə qətiyyətli bəyanatını səsləndirmişdi.
Təbii ki, ediləcək səfərə biz də hazırlaşmalıyıq, amma gəlin görək, onlar öz səfərlərində hansı “yüklə” gələcəklər?
Məhz həmin bəyanatdan təxminən bir gün sonra Rusiyanın XİN rəhbəri Lavrov həmsədrlərin regiona səfərlərini anons edir. Lakin həmsədrlərin edəcəkləri səfəri nəyə hesablanıb? Onlar yenə də düşünürlər ki, regiona səfərlərini bərpa etməklə 30 ildəki fəaliyyətləri dövründən fərqli olmayaraq, yəni əvvəlki kimi “aşsüzəndə su daşımaqla” məşğul olacaqlar? Hesab edirlər ki, danışıqlar prosesində əvvəlki mövqelərimizə çəkilmək üçün bizə təsir edəcəklər? Fəqət, onlar buna da nail ola bilməyəcəklər – regionda yeni reallıqların yaranmasını nəzərə alaraq!Bundan əlavə, onların səfərləri elan edilib və onlar istənilən gündə gələ bilərlər. Təbii ki, ediləcək səfərə biz də hazırlaşmalıyıq, amma gəlin görək, onlar öz səfərlərində hansı “yüklə” gələcəklər?
Azərbaycan yeni şərtlərdə statusla bağlı istənilən variasiyaları erməni tərəfinin ölkəmizin ərazilərini müxtəlif bəhanələr vasitəsi ilə qoparmaq cəhdi kimi görür

SİA xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı rusdilli minval saytına müsahibə verib və həmin müsahibədəki maraqlı fikirləri diqqətinizə çatdırırıq.Fikirlərini şərh edən sabiq XİN rəhbəri hesab edir ki, ATƏT-in Minsk qrupu əsasən postmünaqişə mərhələsində erməni-azərbaycanlı münasibətləri mövzusuna toxunacaqlar və bununla yanaşı, humanitar xarakterli aspektlər də müzakirə ediləcək.“Azərbaycan status məsələsinə qəti olaraq qarşı çıxır və Azərbaycan Prezidenti yaxın ərəfələrdə bunu təsdiq edib. Hesab edirəm ki, mövcud vəziyyətdə biz bunun nəyə görə baş verdiyini anlamalıyıq. Və ən əsası ona görə ki, Azərbaycan yeni şərtlərdə statusla bağlı istənilən variasiyaları erməni tərəfinin ölkəmizin ərazilərini müxtəlif bəhanələr vasitəsi ilə qoparmaq cəhdi kimi görür. Bu məsələ bizim üçün prinsipial xarakter daşıyır. Rəsmi Bakı buna getməyəcək.Bundan əlavə, ATƏT-in Minsk qrupu ehtimal edir ki, Ermənistanın iştirakı bu kimi məsələlərin hamısında olacaq. Təbii ki, ermənilərin Azərbaycanın tərkibində necə yaşayacaqları ilə bağlı məsələlərə Ermənistanı da buraxmaq real görünmür. Azərbaycanın buna gedəcəyini təsəvvür etmək mümkün deyil.Postmünaqişə ilə bağlı digər bütün məsələlər – kommunikasiyaların normallaşdırılması və s. humanitar etimadlar mümkündür və ATƏT-in Minsk qrupunun fəallığı çərçivəsində olacaq.Və ümumiyyətlə, anlamaq lazımdır ki, Minsk qrupu nəyi isə calamaq vəziyyətində deyil. Minsk qrupunun 30 illik təcrübəsi göstərdi ki, onlar hər nə desən edə bilərlər, amma situasiyaya təsir etmək vəziyyətində deyil. Ona görə, mövcud halda diplomatik taktikanı seçib: yəni gəlin-danışın-gedin və s. amma nə isə real şeylər baş verməyəcək. Onlar gəlib nədən istəsələr danışa bilərlər, status məsələsi istisna olmaqla”, diplomat bildirib.
Həmsədr ölkələrin diplomatları tez-tez arzu olunanı həqiqət kimi səsləndirirlər
Həmsədrlərin Xankəndiyə səfərlərinə nə qədər ehtiyacın olub-olmaması və eyni zamanda, onların rusiyalı sülhməramlıların nəzarətləri altındakı Xankəndiyə səfərləri zamanı rəsmi Bakının da nümayəndələrinin iştirakı mümkünlüyü barədə də münasibət bildirən Tofiq Zülfüqarov bir az gözləməyə çağırıb.“Nazir Bayramov (XİN başçısı) bütün situasiya haqqında dövlət başçısına məruzə etməlidir. Həmsədr ölkələrin diplomatları tez-tez arzu olunanı həqiqət kimi səsləndirirlər. Gəlin Azərbaycan tərəfinin təsdiqini gözləyək. Düşünmürəm ki, həmsədrlərə Xankəndiyə səfər etmək lazımdır. Daha dəqiqi, mən buna qarşı çıxardım”, Azərbaycanın xarici dipomatiya idarəsinin sabiq rəhbəri bildirib.Tofiq Zülfüqarov Lavrovun həmsədrlərin regiona səfərlərinin yerlərindəcə keçiriləcəyi barədə fikirlərinə də münasibət bildirib və qeyd edib ki, o, Lavrovun sözlərinə inanan adamlardan deyil.

sia.az

Digər xəbərlər