YAP Ağcabədi rayon təşkilatı "Böyük Zəfər" mövzusunda videokonfrans keçirib. İlk olaraq, YAP Ağcabədi rayon təşkilatının aparat işçiləri və partiya fəallarının iştirakı ilə Ağcabədi rayonunun Şəhidlər Parkında Vətən uğrunda canından keçən şəhidlərin məzarları ziyarət edilib, önünə tər çiçəklər düzərək, onların əziz xatirəsi ehtiramla yad edilib.Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, geniş məruzə ilə çıxış edib.Daha sonra çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Tahir Rzayev, YAP fəalı İbrahim Həsənov, Şəhər 1 saylı ərazi ilk təşkilatının sədri Səadət Kazımova, II Qarabağ müharibəsinin iştirakçısı Muxtar Hüseynov, şəhid atası Sabir Sultanov çıxış edərək, Zəfər müharibəsinin başlanması, qazanılan Qələbə, Ali Baş Komandan İlham Əliyevin bir Sərkərdə kimi fəaliyyətindən danışmış, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyiblər.
sia.az