29.09.2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında pandemiya qaydalarına riayət edilərək bir neçə ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev partiyanın yaranma tarixindən və uğurlarından danışaraq hər kəsi Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırıb. Misirxan Vəliyev çıxışında qeyd edib ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə tariximizin ən şanlı səhifəsidir: “Xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirib”.Daha sonra tədbirdə ərazi ilk partiya təşkilatlarının ümumi vəziyyəti, partiya üzvlərinin dəqiqləşdirilməsi, üzvlük haqlarının yığılması haqqında müzakirələr aparıldı.
sia.az