PDF Oxu

Siyasət

  • 2 624

Müsavat AXCP-yə qarşı hücum taktikasına keçdi MÜXALİFƏT

Müsavat AXCP-yə qarşı hücum taktikasına keçdi MÜXALİFƏT

Arif Hacılı "b" planını işə salsa da...

Bir müddətlik sakitlikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat partiyası arasındakı əbədi intriqaçılıq vəziyyəti yenidən alovlanmağa başlayıb. Maraqlıdır ki, bu dəfə Müsavat tərəfi AXCP-yə qarşı hücum taktikası seçərək başda Əli Kərimli olmaqla cəbhəçiləri ikitirəlik salmaqda və düşərgənin “yeni müxalifətçilik” yolundakı maraqlarına “balta” vurmaqda suçlayıb. Əslində, həqiqətən də yeni hal olmayan və davamlı şəkildə baş qaldıran iki partiya arasındakı ziddiyyətlər ilk baxışdan təəccüblü görünməsə də, hər belə vəziyyətdə ictimai rəyə yeni detallar bəlli olmağa başlayır. Daha dəqiq desək, ifşaolmaların təməli məhz bu kimi qarşıdurmalardan qoyulur. Yeganə maraqlı cəhət isə budur ki, bu dəfə ilk hücumu hər zaman olduğu kimi, Əli Kərimli başlatmayıb və bu məsələnin özü də suallar doğurur.Başqa tərəfdən, ehtimal var ki, son vaxtlar AXCP-də baş verən qopmalar müsavatçıları hərəkətə keçirib və onlar Əli Kərimlidən imtina edən istefaçıları məhz Müsavat sıralarına cəlb etməyə çalışırlar.
Görünür, bu səbəbdən, Müsavat başqanı indi də cəbhəçilərə qarşı total hücumlara start verib
Onu da qeyd etmək yerinə düşərdi ki, Müsavat partiyasının başqanı Arif Hacılı hələ səsli-küylü başqanlıq seçkisindən sonra ələ keçirdiyi posta yiyələnər-yiyələnməz keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, onun AXCP ilə hər hansı bir problemi yoxdur və Müsavat rəhbərliyi cəbhəçilərlə yeni açılan səhifədən əməkdaşlığa gedə bilər. Hətta o öz təklifləri ilə Əli Kərimlinin ayağına gedərək, xələfi İsa Qəmbərin AXCP-yə münasibətdə səhv olduğunu dolayısı ilə etiraf belə etmişdi. Çünki Müsavatın AXCP ilə münasibətləri birincinin "Milli Şura"nın sıralarını tərk etməsindən sonra pozulmuşdu.
Xatırladaq ki, həmin vaxt İsa Qəmbər "Milli Şura"nı rusiyapərəst mövqedən çıxış etdiyini bəyan edərək qurumu anti-milli adlandırmışdı. Yəni eyham vurmuşdu ki, bu faktor Müsavatın qərbyönümlü siyasəti ilə üst-üstə düşmür. Ancaq Müsavatda başqan dəyişikliyi baş verəndən sonra Arif Hacılı yenidən AXCP-yə əməkdaşlıq təklifini irəli sürdü.Ancaq bu dəfə AXCP sədri Əli Kərimli onun təklifinə birmənalı olaraq rədd cavabı verdi. Hacılının sonrakı təşəbbüsləri də boşa çıxdı və beləlkilə, onun öz yerini möhkəmləndirməkdən ötrü AXCP-yə olan umacağı baş tutmamış qaldı.Görünür, bu səbəbdən Müsavat başqanı çoxdan hazırladığı və illərdir tətbiq etmədiyi "b" planını işə salaraq, cəbhəçilərə qarşı total hücumlara start verib. Artıq bunu sosial şəbəkədə də görmək mümkündür.Düzdür, hələlik, müsavatçıların rəhbəri, bilavasitə ittiham fikirlərini irəli sürməsə də, onun müavinləri Əli Kərimlini, AXCP-ni və "Milli Şura"nı çox kəskin şəkildə “asıb-kəsirlər”. Bu xüsusda başqan Arif Hacılının qardaşı, eləcə də müşaviri və partiyanın “Divan” üzvü Mustafa Hacıbəyli, habelə partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı daha çox canfəşanlıq göstərirlər.
Vəziyyət qızışıb...
Nəticədə, qarşıdurma qızışıb və Arif Hacılının göstərişinə əsasən, AXCP-yə qaşrı başladılan hücumun cinahlarında dayanan partiya rəhbərliyi ittihamları sanki qatar-qatar bir-birinin ardınca düzürlər. "Təəssüf ki, bir daha məlum oldu ki, Əli Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür", deyə sözügedən ittihamlarda bildirilir.Beləlkilə, bir müddətlik sakitlikdən sonra "ana müxalifət" adı uğrunda barışmaz savaş aparan hər iki partiya - həm AXCP, həm də Müsavat yeni kontekstdə savaşa qalxıblar. Uzun illərdən bəridir davam edən bu savaşdan isə qalibin çıxmadığı kimi, məğlubun da kim olması bəllidir. Məğlub hər iki partiya və onların liderləridir.

sia.az

Digər xəbərlər