PDF Oxu

Siyasət

  • 2 253

Paşinyan hakimiyyətini qurban etməmək üçün quban verir SİYASİ OLAY

Paşinyan hakimiyyətini qurban etməmək üçün quban verir SİYASİ OLAY

David Tonoyanla yanaşı digər yüksək rütbəli hərbi məmurların həbsi ətrafında müxtəlif fikirlər səslənir

Sentyabrın 29-da Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanla Baş qərargah rəisinin müavini Stepan Qalstyanın, həmçinin hərbi aviasiyanın keçmiş rəisi Avetik Muradyanın mənzillərində axtarışların aparılması ölkədə rezonans yaratdı və bu rezonansın yaranması əslində baş nazir Nikol Paşinyanın əlinə oynayan bir məsələdir. Daha doğrusu, fakt budur ki, Paşinyan Ermənistanda baş qaldırmış revanşçı qüvvələrin məqsədlərindən xəbərdardır. Bu baxımdan, o hakimiyyətini itirməmək, dəqiq desək, qurban etməmək üçün vaxtilə ona yaxın olan sabiq yüskək rütbəli məmurların həbslərinə qərar verir.
“Hraparak” nəşri: “Son vaxtlar “saxlanılma və cəza verilmə” şousu azalmışdı və yeni tamaşalara ehtiyac yaranıb”
Əlbəttə, bütün bunlar yalnız 44 günlük müharibədəki ağır və sarsıdıcı məğlubiyyət faktlarını arxa plana çəkmir, ancaq hər halda Nikol Paşinyanın daha bir planı budur ki, o məğlubiyyətin səbəbkarları kimi də yuxarıda adları çəkilən keçmiş siyasi-hərbi həmfikirlərini bada vermək qərarına gəlib.O da əbəs deyil ki, Ermənistanda dərc edilən “Hraparak” qəzeti ilginc məqamlara toxunub və yazıb. SİTAT: “Çoxları hadisələrin bu yöndə inkişafını gözləyirdilər. Belə ki, son vaxtlar “saxlanılma və cəza verilmə” şousu azalmışdı və yeni tamaşalara ehtiyac yaranıb – məhz müharibənin başladığı ldönümümü günlərində”.Qəzet yazmağa davam edir ki, baş verənlərlə bağlı müvafiq orqanlarda heç cür şərh verməyiblər, yalnız ötən gün (sentyabrın 29-da) Baş qərargahın mətbuat katibi Stepan Qalstyanın Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə dəvət edildiyini bildirib. Tonoyanla bağlı yaşananlar isə onun dostlarını, sadəcə, dəhşətli dərəcədə təəccübləndirib.
Paşinyan Tonoyana növbəti dəfə vəzifə vəd etsə də, sonradan ümidlərini həbslə əvəzlədi
Erməni nəşri daha bir maraqlı informasiyanı da ictimailəşdirib. Sən demə, bir müddət əvvəl David Tonoyan Nikol Paşinyanın qəbulunda olub və baş nazir ona vəd edib ki, müvafiq vəzifələrdən birinə təyin edəcək. “Hətta o, növbəti vəzifəsini istefa verdiyi gündən gözləyirmiş. Lakin günlər keçdikcə baş nazirlə növbəti görüş vaxtları təxirə salınırdı və rabitəyə də çıxılmırdı. Ötən gün isə Tonoyanın qapısını Milli Təhlükəsizlik Xidməti döyüb”, “Hraparak” yazır.Beləliklə, əsasən orduda yeyinti hallarının və korrupsiyanın əsas baiskarlarından biri və birincisi kimi sabiq müdafiə naziri həbsə məruz qaldı və bu, onu göstərir ki, Nikol Paşinyan iqtidarını itirməmək üçün bütün radikal addımlara getmək qərarındadır. Ən azından, əgər düşünsək ki, o özünə yaxın insanları dəmir barmaqlıqlar arasına göndərirsə, bu zaman revanşçı güclərə qarşı daha amansız davranacağını bəri başdan ehtimal etmək olar.

sia.az

Digər xəbərlər