YAP Səbail rayon təşkilatı Vətən müharibəsinin Şəhidləri Şükürlü Nicat Ayaz oğlu və Məmmədli Cəmil Habil oğlunun ailə üzvləri ilə görüşüblər. Şəhid ailələrinin üzvləri ilə söhbət zamanı qeyd olunub ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza Şanlı Qarabağ Zəfərini bəxş etdi. Bu tarixi Qələbə və Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən Şəhidlərimizin əziz xatirəsi əbədi olaraq yaşayacaq və daim uca tutulacaqdır. Hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin Şəhidlərinə, onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır. Şəhid ailələri, qazilərimiz, müharibə veteranları hər zaman Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon təşkilatımızın xüsusi diqqət mərkəzindədir və partiyanın bütün strukturları “Şəhid ailələrinə qayğı” davamlı aksiyalarında yaxından iştirak edirlər və bundan sonra da edəcəklər.Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirdilər və övladlarının əziz xatirəsini uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, dövlətimizə və onun bütün strukturlarına təşəkkür etdilər.Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
sia.az