PDF Oxu

Siyasət

  • 2 765

Ermənistan tərəfi regionda destabilizasiyaya xidmət edir - POLTOLOQ MÜNASİBƏT BİLDİRİB

Ermənistan tərəfi regionda destabilizasiyaya xidmət edir - POLTOLOQ MÜNASİBƏT BİLDİRİB

"Ümumiyyətlə, Ermənistanda müəyyən qruplar var ki, onlar revanşist açıqlamalar verirlər, Azərbaycana qarşı hər hansı iddia irəli sürürlər və dövlət başçısı Rusiya mətbuatı vasitəsi ilə Ermənistana bir daha mesaj verdi ki, revanşist, şər qüvvələr faşizm əleyhinə geri çəkilsinlər". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloq vurğulayıb ki, həqiqətən də Ermənistan tərəfi regionda destabilizasiyaya xidmət edir, Cənubi Qafqazın, xüsusilə regionun iqtisadi inteqrasiyasına, həmçinin təhlükəsinə ciddi təhdid edir və cənab Prezidentin də verdiyi açıqlamalar buna əsaslanır.“Təkcə işğal faktı deyil, regionda erməni şərinə qalib gəlinib və region bundan sonra sülh, əmin-amanlıq şəraitində olacaq. Mən hesab edirəm ki, bu istiqamətdə aparılan siyasət konkret olaraq Ermənistan, Ermənistanda 30 il ərzində formalaşmış revanşist və faşist ideologiyasını məhv edib.Ermənistan həmçinin işğal etdiyi torpaqları 30 il ərzində əlində saxlamaqla həm Gürcüstana, eyni zamanda, Türkiyəyə konkret ərazi iddiası edib. Azərbaycan tərəfi işğala son qoymaqla Ermənistanın bu siyasətinin, bu ideologiyasının da qarşısını alıb və Ermənistan konkret olaraq məğlubiyyətə düçar olub.Ermənistanın özünə gəlməsini, Rusiya və bəzi dövlətlərin Ermənistana bundan sonra hərbi yardımlar edib nəyi isə dəyişəcəyini, revanşist addımlara və yaxud işğal faktına əl atacağını bundan sonra gözləmək olmaz. Artıq 30 il ərzində Ermənistana verilən dəstək demək olar ki, fiaskoya uğrayıb”, deyə politoloq Məhəmməd Əsədullazadə bildirib.

sia.az

Digər xəbərlər