PDF Oxu

Siyasət

  • 2 350

"Ermənilər getmiş qatarın arxasınca ağlayırlar" - POLİTOLOQ AÇIQLADI

"Ermənilər getmiş qatarın arxasınca ağlayırlar" - POLİTOLOQ AÇIQLADI

"Hər şeydən əvvəl qeyd edim ki, cənab Prezidentin "Anadolu" Agentliyinə verdiyi müsahibə Azərbaycan dövlətinin yaxın müddət ərzində prioritetlərini müəyyənləşdirib. Eyni zamanda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini göstərib. Cənab Prezident burada müharibə zamanı və müharibədən sonra Azərbaycanın yanında olanları və olmayanları xüsusilə qeyd edib". Bunları SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, burada da əsas məqsəd ondan ibarətdir ki, Ermənistan bu gün də revanşizm, milli ayrı-seçkilik, diskriminasiyanı əsas götürərək Azərbaycan əleyhinə, Türkiyə əleyhinə təbliğatlar aparır. Bunlar öz aləmlərində yenidən ikinci bir Ermənistan dövləti yaratmaq istəyirlər.Cümşüd Nuriyev bu haqda fikrini belə izah edib: "Bu zaman təbii ki, bunlara dil verənlər var. Xüsusilə, bunlar içərisində Fransa və İran ilk sırada dayanır. Cənab Prezidentin çıxışından sonra İranın xarici işlər nazirinin sözçüsünün çıxışı təəssüf ki, kifayət qədər təhdidedicidir. İranın Xarici İşlər Nazirliyinin mövqeyini bildirən rəsmi bir məlumat mənim diqqətimi çəkdi. Xarici işlər nazirinə sual verirlər ki, nədən bir müsəlman dövləti olmağınıza baxmayaraq Ermənistanın yanındasınız? Deyir ki, bu belə də lazımdır. Biz istəmirik ki, Türkiyə ilə Azərbaycanın arası yaxın olsun. Onlar nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. Əgər İran bu cür xarici siyasət yürüdürsə, Azərbaycandan nədən ayrı şeylər tələb edir, daha doğrusu, İsraillə bağlı məsələlərdə tələb irəli sürür. İsrailin dövlətçiliyini təhdid edir. İran başa düşməlidir ki, əgər 22 ərəb dövləti ola bilirsə, nədən bir yəhudi dövləti olmasın. Halbuki, yəhudilər dünyada ən qədim xalqlardandır. İranlılar bu şiə təbliğatından istifadə edib, ayır-buyur siyasətini həyata keçirirlər və bu gün də bununla məşğuldurlar.Amma Ermənistan anlamalıdır ki, artıq 21-ci əsrin 21-ci ilidir. Bunlar bir il bundan öncə də çox yekə danışırdılar. Bəs noldu? Onların yanında heç kəs olmadı və Azərbaycan öz gücünü göstərdi. Azərbaycan ordusunun şücayəti bu qələbəni bizə gətirdi. Məhz Azərbaycan Prezidentinin vaxtı düzgün seçməsi, ordunun silahla təminatı və təchizatı ilə vaxtında məşğul olması, düzgün taktika həyata keçirməsi qələbəni qazandırdı. Bu zəfərdən sonra da onlar elə başa düşürlər ki, guya, rus sülhməramlıları buradadır, onlar bir şey edəcək. Heç nə də edə bilməyəcəklər. 25 min erməni Azərbaycan üçün heç nədir. İstəyərlər, Azərbaycan qanunçuluğunu qəbul edərlər. Beləliklə, onlar da Azərbaycan vətəndaşı kimi bütün hüquqlardan yararlanarlar. Yox, müharibə istəyərlərsə, cənab Prezident onu gündəmə gətirdi. Heç olmasa ermənilər, otursun 3 il ərzində cənab Prezidentin müharibədən əvvəlki iki il ərzindəki çıxışlarına baxsın. Müharibənin gedişində və post-müharibə dövründəki bütün müsahibələrinə diqqət yetirsinlər. Görsünlər ki, İlham Əliyev dediyi hansı sözdən qaçıb? Ermənistanla bağlı dediyi hansı sözü həyata keçirməyib? Dağlıq Qarabağ, muxtariyyət bunlar hamısı tarixdə qalıb. Getmiş qatarın arxasınca ağlayırlar. Ermənilər bilsin ki, bu ağlamaq onlara xeyr gətirməyəcək. Qaldı ki, neo-faşizm, revanşizm, aşırı milliyətçilik Ermənistana heç vaxt xeyir gətirməyib, heç vaxt da xeyir gətirməyəcək".

sia.az

Digər xəbərlər