PDF Oxu

Siyasət

  • 1 893

"Ermənistan iqtisadi tənəzzüldən yaxa qurtarmaq istəyirsə..." - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistan iqtisadi tənəzzüldən yaxa qurtarmaq istəyirsə..." - DEPUTAT ŞƏRH ETDİ

"Zəngəzur dəhlizinin reallaşması bütövlükdə region üçün vacib layihələrdən biri kimi xarakterizə olunur. Zəngəzur dəhlizi Azərbaycanın qərbi ilə Naxçıvanın quru yolu ilə birləşməsinə imkan verəcək. Eyni zamanda bu 1,1 trilyon dollarlıq ümumdaxili məhsulun Türk dünyasında birləşməsi anlamına gəlir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı bu dəhlizin reallaşması region üçün vacibdir: "Azərbaycan və Türkiyə regionda 6-lıq əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin reallaşması region dövlətləri üçün də iqtisadi baxımdan faydalıdır. Həmçinin, Ermənistan da bu dəhlizdən faydalana biləcək. Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyəti nəzərə alsaq, bu ölkədə müşahidə edilən tənəzzülün aradan qaldırılması üçün yeganə yolu kommunikasiyaların paralel bərpasıdır. Revanşist meyillərlə Ermənistanda müşahidə edilən tənəzzülü aradan qaldırmaq mümkün deyil".

V.Bayramov vurğulayıb ki, bu baxımdan Zəngəzur dəhlizinin reallaşması həm də imkan verəcək ki, Rusiyadan Ermənistana daşınan yüklərin həcmində də artım olsun: "Beləliklə dəhliz Ermənistanın nəqliyyat və daşınmalar baxımından asılılığının minimumlaşdırılmasına gətirib çıxaracaq. Bunun da gələcəkdə Ermənistan iqtisadiyyatı üçün müsbət təsirləri ola bilər. Praktiki olaraq kommunikasiyaların paralel bərpası regionun inkişafı baxımından vacib hesab olunur. Region dövlətləri, o cümlədən Ermənistan iqtisadi inkişafda maraqlıdırsa, bunu əməkdaşlıq, kommunikasiyaların bərpası, həmçinin Zəngəzur dəhlizinin bərpası yolu ilə mümkündür".

Digər xəbərlər