PDF Oxu

Siyasət

  • 2 410

"Qalib Liderin mövqeyinin öyrənilməsi dünya mediası üçün prioritetdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qalib Liderin mövqeyinin öyrənilməsi dünya mediası üçün prioritetdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə səsələndirdiyi fikirlər regionumuzun gələcəyi və postmüharibə dövrünün reallıqları baxımından olduqca aktual və əhəmiyyətli idi. Hər şeydən öncə ona görə ki, bu yeni reallıqların və onun yaratdığı perespektivlərin müəllifi Azərbaycandır. Elə regionumuzda formalaşacaq yeni strateji konfiqurasiyanın necəliyi də Azərbaycanın davranışlarından asılı olacaq. Ona görə də 44 günlük Zəfər müharibəmizin ildönümü ərəfəsində qalib ölkənin mövqeyinin qalib liderdən öyrənilməsi dünyanın aparıcı media qurumları üçün prioritet təşkil edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, məsələ ondadır ki, hazırda iki mühüm xüsus dünya tərəfindən açıq şəkildə dərk edilir: "Bunlardan biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni güc nisbəti, digəri isə bu gerçəkliyin dünya dərəfindən artıq qəbul edilməsidir. Ona görə də siyasi proseslərin inkişf istiqamətlərini təyin edən ölkənin bundan sonrakı prosesləri necə diqtə edəcəyi maraq doğurur".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev isə öz fikirləri ilə dünyaya çox açıq və konstruktiv mesajlar verdi: "Bunlardan birincisi o idi ki, Azərbaycan öz milli maraqları çərçivəsində hər cür dialoqa hazırdır. İkincisi isə Azərbaycanın ərazisində atıq olmayan hansısa uydurma məsələ və problem heç bir halda istənilən danışıqlarda predmet ola bilməz. Hazırda danışıqların və müzakirələrin yeganə mövzusu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, bütün kommunikasiyaların, ən əsası isə Zəngəzur dəhlizinin açılması işinin sürətləndirilməsi ola bilər. Bu istiqamətdə Azərbaycan hər cür konstruktiv yanaşmalara açıqdır və mümkün dialoqa hazırdır. Eyni zamanda regionun siyasi-iqtisadi inteqrasiyasını, davamlı sülhü və əməkdaşlığı da bu çərçivədə görür".

Digər xəbərlər