PDF Oxu

Siyasət

  • 2 341

Zaqatalada şəhadətə yüksələn şəhidin anım mərasimi keçirilib

Zaqatalada şəhadətə yüksələn şəhidin anım mərasimi keçirilib

3 oktyabr Yuxarı Çardaxlar kəndindən olan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən Əhməd Laçınovun şəhadətə yüksəlməsinin birinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə YAP Zaqatala rayon təşkilatı, rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı üzərinə gül dəstələri düzərək, xatirəsi ehtiramla yad edilmiş, ruhuna dualar oxunmuşdur. Sonra valideynləri ilə görüşüb, başsağlığı verilmişdir.

sia.az

Digər xəbərlər