PDF Oxu

Siyasət

  • 3 144

Ağdaş rayonunda şəhidin ildönümü qeyd olunub

Ağdaş rayonunda şəhidin ildönümü qeyd olunub

3 oktyabr 2021-ci il tarixində Azərbaycanın 44 günlük Vətən müharibəsində Ağdaş rayonunun şəhidi Namətov Naib Firqət oğlunun ildönümü qeyd olunub. Bununla əlaqədar rayonun Kotanarx kəndində keçirilən mərasimdə YAP Ağdaş rayon təşkilatının fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, valideynlərinə başsağlığı verilmişdir.Qeyd edək ki, Namətov Naib Firqət oğlu 11 fevral 1998-ci ildə Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Naib 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Naib Namətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdaş rayonunun Qarağan Sədi kəndində dəfn olunub. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.Gün ərzində partiya fəalları şəhidin ailəsini davamlı olaraq ziyarət ediblər.

sia.az

Digər xəbərlər