Qələbə, zəfər, Qarabağ Azərbaycanındır! Xalqına qələbə bəxş edən Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev cənabları 18 illik prezidentlik fəaliyyəti müddətində bütün çıxışlarında, müsahibələrində, görüşlərində dəfələrlə bildirirdi və nəhayət, sentyabrın 27-də həmişə olduğu kimi, Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Və sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən 44 günlük müharibədə həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu reallaşdı. 30 illik həsrətə düz 44 gün ərzində Qarabağ münaqişəsinə Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının «Dəmir yumruq» siyasəti ilə «İRƏLİ!» göstərişinə əməl edən Güclü Ordumuzun, Müzəffər əsgər və zabitlərimizin rəşadəti ilə Qarabağ Azərbaycandır! nidasını qoydu. Və 44 günlük Qələbə Azərbaycan Ordusunun gücünü göstərdi.
Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində də 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırarkən qələbəni şərtləndirən səbəblərdən geniş bəhs edib, hərbi əməliyyatlarla bağlı bir sıra detalları da açıqlayıb. Həmişə olduğu kimi, bu müsahibədə açıqlanan məqamlar Azərbaycan Prezidentinin mahir strateq olduğunu dünyaya bir daha nümayiş etdirir.Dövlət başçısı müsahibə zamanı bildirib ki, hərbi əməliyyatların lap əvvəlində çoxdandır gözlədiyimiz qələbə sevincini hiss etdik: «Xalqa müraciətlərim zamanı demək olar ki, hər gün Azərbaycan xalqı məndən yeni xəbərlər gözləyirdi. Bir neçə gün fasilə olanda hamı düşünürdü ki, “Görəsən, nə baş verib?”. Hamı Azərbaycan Ordusunun irəliləməsinə öyrəşmişdi» - Prezident deyib.
Dövlət başçısının sözlərinə görə, bütün əməliyyatlar elə planlaşdırılırdı ki, itkilər minimuma endirilsin: “Bu səbəbdən əks-hücum əməliyyatı həyata keçirən Azərbaycanın öz sözləri ilə desək, daim “taktiki geri çəkilən” Ermənistanla müqayisədə daha az itkiyə məruz qalması təəccüblə qarşılanırdı. Hesab edirəm ki, bu amillər həm mənə, həm Azərbaycan ordusuna, həm də Azərbaycan xalqına inam bəxş edirdi”.Başqa cür də ola bilməzdi. Dövlət başçımızın dediyi kimi: «Azərbaycan uzun müddət öz potensialının möhkəmləndirilməsi üzərində çalışırdı. Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi”. Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində də 44 günlük müharibə zamanı bildirib ki, müasir silahlanma və hərbi texnikanın alınması baxımından Azərbaycanın Silahlı Qüvvələrinin modernləşdirilməsi də sürətli templə həyata keçirilirdi. Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi: “Biz, 2016-cı il aprel döyüşləri zamanı öz imkanlarımızı məhdud şəkildə nümayiş etdirdik. Həmin vaxt torpaqlarımızın bir hissəsi işğaldan azad edildi və biz Ermənistan tərəfinə hər şeyi götür-qoy etməyə və işğala son verməklə bağlı qərar qəbul etməyə imkan yaratdıq. Lakin təəssüf ki, həmin vaxt bizim dayanmağımız Ermənistan tərəfindən düzgün anlaşılmadı və bunun da cəzasını çəkdilər».
Müsahibə zamanı ən qürurverici məqam Azərbacan Prezidentinin «Nasionalnaya oborona» jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkonun: «Siz öz mövqeyinizi son dərəcə sərrast, sakit, polad məntiqlə şərh etdiniz. Opponentinizin, yumşaq desək, inandırıcı təsir bağışlamaması da göz qabağında idi. Bax, bu informasiya tərkib hissəsi insanların zəkaları uğrunda, beynəlxalq birliyin münasibəti uğrunda mübarizə idi. Şübhəsiz, burada həm Azərbaycan, həm də, cənab Prezident, şəxsən Siz müasir diplomatiya nümunələri, bəlkə də müasir diplomatiya tarixinə düşəcək nümunələr göstərdiniz. Siz bu informasiya cəbhəsində müqavimət göstərməyə, irəli getməyə necə nail oldunuz?» verdiyi suala cavabı idi: «Deyərdim ki, bu da bir növ bədahətən oldu. Çünki döyüş əməliyyatlarının ilk günlərindən dünya mediasında – həm Rusiya, həm Qərb mediasında, həm də qonşu ölkələrdə bu münaqişəyə maraq yüksək idi. Mən bütün müraciətlərə cavab verməyə razılaşırdım, çünki vəziyyət barədə həqiqəti – nələr baş verdiyini, münaqişənin səbəblərinin nədən ibarət olduğunu, kimin işğalçı və kimin işğal qurbanı olduğu barədə həqiqəti mümkün qədər çox ölkənin ictimaiyyətinin diqqətini çatdırmağı vacib hesab edirdim».
Dövlət başçımızın dediyi kimi: «Bütün bunlar belə bir fabula ətrafında formalaşırdı və bu şəraitdə bizim həqiqəti deməyimiz, əlbəttə, çox çətin idi, çünki bizim media resurslarımız ermənilərin müvafiq resursları ilə müqayisə edilə bilməzdi. Münaqişə medianın diqqətini cəlb etdi və mən nələr baş verməsi barədə həqiqəti çatdırmaq üçün bu imkandan istifadə etdim. Mənim dediklərimin hamısını sənədlərlə təsdiq etmək olar. Mən tarixi həqiqətə və ya döyüş meydanında hər gün baş verənlərə uyğun olmayan bircə kəlmə də deməmişəm. Erməni tərəfi müharibə dövründə nələr baş verməsi və daha əvvəl nələr olması barədə öz xalqına yalan deyir, dünya birliyini aldadırdı. Buna görə də əlbəttə, düşünürəm ki, ilk növbədə, onların tezisləri inandırıcı deyildi, əslində, onlar özlərini hörmətdən saldılar və biz baş verənlər barədə həqiqəti çatdıra bildik. Yeri gəlmişkən, “Rossiya” telekanalına təşəkkür edirəm ki, bu efiri təşkil etdi, bizim öz mövqeyimizi birbaşa efirdə ifadə etməyimizə imkan yaratdı. İstər döyüş meydanında, istərsə də informasiya məkanında belə dürüst mübarizə gedəndə, əlbəttə, erməni tərəfin şansı ola bilməzdi".
Bəli, dövlət başçımızın dediyi kimi: "İstər döyüş meydanında, istərsə də informasiya məkanında belə dürüst mübarizə gedəndə, əlbəttə, erməni tərəfin şansı ola bilməzdi". Göründüyü kimi, Azərbaycan Prezidentinin istər 44 günlük savaş zamanı, istərsə də müharibədən sonra yerli və xarici media nümayəndələrinə verdiyi çoxsaylı müsahibələri, həmçinin bir çox beynəlxalq tədbirlərdə etdiyi çıxış və bəyanatları ilə, hətta qərəzli suallar qarşısında sözün əsl mənasında siyasi liderlik dərsi keçən Prezident Əliyev özünün hazırlıqlı siyasətçi olduğunu sübuta yetirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini konkret faktlarla ortaya qoymaqla yanaşı, yeni dövrün tələblərinə cavab verən yeni informasiya strategiyası nümayiş etdirir.
Təhlillər belə deməyə əsas verir ki, bütün bunlar düşünülmüş strategiyanın tərkib hissəsidir və Prezident Əliyev nəyi, nə vaxt, necə deməyi öncədən planlaşdırır. Bəli, 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazıldı. Və Azərbaycan 44 gündə son əsrlərin ən böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Müharibəsinin 44 gün ərzində "Qarabağ Azəbaycandır və qələbə nida»-sını qoyan və bununla da tariximizə ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu haqqın qələbəsidir. Bu Azərbaycan xalqının qələbəsidir. Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən tarixi qələbəsidir!
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü