PDF Oxu

Siyasət

  • 2 328

YAP Şamaxı rayon təşkilatının fəalları şəhid məzarını ziyarət ediblər FOTOLAR

YAP Şamaxı rayon təşkilatının fəalları şəhid məzarını ziyarət ediblər FOTOLAR

YAP Şamaxı rayon təşkilatının aparatı və fəal gənclər İkinci Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Ağakərimov Elvin Eldəniz oğlu, Heydərov Sabir Ceyhun oğlu və Beydiyev Nazim Beydulla oğlunun şəhid olmalarının ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak ediblər. Həmçinin şəhidlərin məzarları ziyarət edilərək önünə gül dəstələri düzülüb, eyni zamanda, şəhid məzarları üzərində səliqə səhman işləri görülüb və ruhlarına dualar oxunub.

Şəhid Ağakərimov Elvin Eldəniz oğlunun və Heydərov Sabir Ceyhun oğlunun adlarına yeni inşa olunan bulaqların açılışında YAP fəalları iştirak etmişlər. Mərasimdə çıxış edən YAP Şamaxı rayon təşkilatının aparatının əməkdaşları bildiriblər ki, Vətənin cəsur, qorxmaz, düşmənə aman verməyən igid oğulları 30 ilə yaxın yağı tapdağı altında inləyən torpaqlarımızı əzəli sahibinə qaytarmaqla həm də Azərbaycan xalqının üzülmüş ümidini, namusunu, qeyrətini özünə qaytardılar. Alnımızdakı ləkəni sildilər; “Qisas qiyamətə qalmadı, Azərbaycan xalqının qisası düşməndən artıqlaması ilə alındı”.

Rəfiqə

Digər xəbərlər