Siyasi baxımdan, Ermənistan hakimiyyəti İranın bizimlə dost dövlət olduğunu və bu ölkə ilə yaxşı münasibətlər qurduğumuzu bəyan etməsi tamamilə düzgündür. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Politoloq Qaqik Kerian Aysor.am-a verdiyi müsahibədə deyib.
O, Ermənistanın baş nazirinin dünənki təminatlarına istinad edərək, Ermənistanın başqa bir şey edə bilməyəcəyini söyləyib.
“Müharibədən sonra ölkəmiz regional proseslərdə iştirak etmək və ya onlara təsir etmək üçün düzgün sosial-iqtisadi və hərbi vəziyyətdə, halda deyil. Hazırda Ermənistan regionda böyük faktor deyil. Ölkəmizin sadəcə rıçaqları yoxdur", deyib politoloq.
Qaqik Kerianın fikrincə, Cənubi Qafqazda onlar üçün yaranan çətin vəziyyətdə Ermənistan yalnız neytrallığını qoruya, İranla münasibətləri yaxşılaşdıra və ətrafındakı mənfi auranı nisbətən zəiflədə bilər.
"Ən başlıcası, yeni fəlakətlərin qarşısını almaq üçün Rusiya ilə hərbi-siyasi əməkdaşlığı zəiflətməməkdir", deyə politoloq bildirib.