PDF Oxu

Siyasət

  • 2 450

Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı - MƏQALƏ

Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı - MƏQALƏ

Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü il 3 oktyabr günüdür.Həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının prezidenti seçilən ulu öndərimiz 1993-cü ilin oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb. Vətənə sədaətlə xidmətin əyani nümunəsini yaradıb. Ümummilli lider andiçmə mərasimindəki nitqində deyib: "Bu gün mənim üçün tarixi əlamətdar bir gündür.Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi,məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xlqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.Ulu ödərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublkamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdi. Dövlət çevrilişinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olunmuşdu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.İtirilmiş ərazi bütövlüyümüzün bərpa edilməsi, erməni təcavüzünə qarşı mübarizə Heydər Əliyevin daxili və xarici siyasətinin əsas istiqaməti idi. Ümummilli liderimiz yaxşı bilirdi ki, güclü nizam-intizamlı ordu yaratmadan Ermənistanın təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioriet kimi yanaşmağa,böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıışında bu barədə danışaraq deyirdi: ”Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə edilən sonra keçən dövrdə bu sahədə az iş görülübdü. Lazım gələrsə,sülh yolunda addımlarımız nəticə verməsə,Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün,respublikanı idarə etmək üçün qüdrətli bir ordunun yaradılmaı bizim əsas vəzifəmizdir”.Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövləti yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O,dünya siyasətinə təsir etmək gücündə olan qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Qərbə inteqrasiya yolunu tutan ulu öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi. Milli dövləçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi.Heydər Əliyevin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan Ulu öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir. Ötən illər ərzində kçirilən bütün seçkilər də bir daha təsdiqlədi ki, Azərbaycan xalqı ümummilli liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz, sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir. Prezident İlham Əliyev böyük uzaqgörənliklə ulu öndərin yolunu davam etdirəcəyini bildirərək deyib: ”Mən Azərbaycanın xöşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir.Bütün bunları etmək üçün Azərbaycanda çox iş görmək lazımdır. Ancaq bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.Bir sözlə görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Reaspublikasının prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nəaliyyətlərin əsası məhz 1993-cü il oktyabrın 3-dən qoyulub.

Gülmirə Hüseynova
Xəzər rayon 230 № tam orta məktəbin müəllimi

sia.az

Digər xəbərlər