PDF Oxu

Siyasət

  • 3 270

Ermənistanda uşaq-terrorçu düşərgəsi fəaliyyət göstərir FAKT+XƏBƏR

Ermənistanda uşaq-terrorçu düşərgəsi fəaliyyət göstərir FAKT+XƏBƏR

Kanadalı ermənipərəst jurnalistin Naxçıvanla həmsərhəd bölgədən hazırladığı reportajı bu faktı təsdiq edir

Erməni-daşnak siyasətinə rəğbəti ilə seçilən kanadalı müstəqil müstəqil jurnalist Nil Hauerin bugünlərdə hazırladığı reportajı ilə diqqət çəkib. SİA xəbər verir ki, ermənipərəst təbliğatçı bu dəfə Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Armaş qəsəbəsində uşaqlar üçün təşkil olunmuş hərbi düşərgədən reportaj hazırlayıb. Reportajda bildirilir ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinin veteranı, milliyyətcə erməni olan Aram adlı şəxs tərəfindən hazırlanan “Feniks” adlı düşərgədə əllərinə silah verilən uşaqlara Azərbaycanla müharibəyə hazırlıq təlimləri keçirilir.
Amerikalı, livanlı, fransız, rus, suriyalı təlimçilər
Məqalədə Aramla yanaşı, digər xarici təlimçilərin: livanlının, fransızın, rusun, suriyalının və s. adları çəkilir. O cümlədən, Aramın özü də daxil olmaqla hərbi təlimçilərin çoxu Qarabağda separatçı-quldurların sıralarında Azərbaycan Ordusuna qarşı döyüşüblər.Beləliklə, fakt budur ki, bu düşərgə uşaqlardan istifadə edilməklə Azərbaycana qarşı hazır təxribatçı yetişdirmək məqsədini daşıyır. Söz yox ki, sərhədlərimiz etibarlı əllərdədir və buna baxmayaraq, erməni revanşistlərinin uşaqları da öz murdar oyunlarına qatmaları artıq diqqətin daha da artırılması tələbini ortaya qoymaqdadır.Daha bir maraqlı fakt budur ki, adıçəkilən terrorçu düşərgəsi bu gün özünü “sivil və demokratik ölkə” adlandıran Ermənistanın ərazisində fəaliyyət göstərir və çox yəqin həmin düşərgə barədə hökumət dairələrinin, yaxud onun yerləşdiyi ərazidəki məsul şəxslərin də xəbərləri var.
Bu, aşkar cinayətdir!
Lakin göründüyü kimi, Ermənistan hələ də terrorçuluq missiyasından geri qalmır və hər an təxribatlar, diversiyalar, özü də uşaqların əli ilə törətməyə hazırdır. Bu gün Ermənistan dövləti və onun rəhbərləri bilməlidirlər ki, uşaqların hərbi əməliyyatlara cəlb edilməsi Beynəlxalq cinayət məhkəməsinin maddələrinə görə cinayətdir. Və əlbəttə ki, bu məsələdə bizim diplomatlarımız da fəaliyyətlərini artırmalı, sözügedən informasiyanı beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır. Nə qədər ki, gec deyil!
Kanadalı ermənipərəst reportyor Nil Hauerin terroru və təxribatı təbliğ edən materialını isə aşağıdakı linkdən görə bilərsiniz.
https://www.washingtonexaminer.com/politics/inside-the-world-of-private-war?_amp=true&__twitter_impression=true

sia.az

Digər xəbərlər