PDF Oxu

Siyasət

  • 2 028

Zaqatalada şəhidlərimizin xatirəsi anılıb

image

YAP Zaqatala rayon təşkilatının fəalları, Zaqatala rayon icra hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon sakini, şəhid Məmmədov Elvin Mahmud oğlunun əziz xatirəsinə həsr olunmuş bulaq abidəsinin açılışında iştirak edib, onların əziz xatirəsini böyük ehtiramla yad ediblər. Eyni zamanda, Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Əliabad qəsəbə sakini İrapov İsmayıl Nəsrulla oğlu və rayonun Aşağı Çardaqlar kənd sakini Abakarov Nail Müzəffər oğlunun ildönümü ilə əlaqədar məzarlarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.Daha sonra Şəhid ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.

sia.az

Digər xəbərlər