"Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılıq etdiyi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü sıralarındadır. Ordumuz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda yer alır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman Azərbaycanda güclü ordu quruculuğuna böyük diqqət ayırır". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın ən güclü müasir silahları yer alır: "Bunun nəticəsidir ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Ordusu 44 gün ərzində "güclü ordu" imici yaratmış Ermənistan Ordusunu darmadağın etdi. İşğal altında olan torpaqlarımız işğaldan azad edildi. Ali Baş Komandan cənab İlham Əliyevin başçılıq etdiyi Ordumuzun Vətən müharibəsi zamanı tətbiq etdiyi döyüş taktikasından istər ABŞ, istərsə də digər böyük dövlətlərin ordu generalları tərəfindən yüksək qiymətləndirilib. Bu döyüş taktikasını ABŞ başda olmaqla bir çox böyük dövlətlər öz hərbi məktəblərində tədris olunması barədə qərar qəbul ediblər. Prezident İlham Əliyev hər zaman Ordu quruculuğunun dövlət siyasətinin ən əsas prioritetlərindən biri olduğunu qeyd edir. Müharibə zamanı Azərbaycan Ordusunun. qabağında tab gətirə bilməyəcəyini görən Ermənistan ordusu daha bir müharibə cinayətinə əl atmış oldu. Azərbaycanın şəhərlərini ballistik raketlərlə atəşə tutdu. Aralarında uşaqlar da olmaqla 100-dən çox dinc əhalimiz gətlə yetirildi. Müharibə zonasından uzaqda yerləşən şəhərlərimizin atəşə tutulması və nəticədə dinc əhalinin gətlə yetirilməsi əsl müharibə cinayəti sayılır. Ermənistan buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq".
Kamilə Əliyeva fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ermənistanın hərbi cinayətkar olmasının bir sübutu da işğal zamanı minalanmış ərazilərinin xəritələrinin Azərbaycan tərəfinə verməməsidir: "Basdırılmış yüz minlərlə mina regionda bərpa işlərini ləngidir, eləcədə mülki və hərbiçilərimizin həyatını təhlükə altına alır. Müharibədən sonra 150-dən çox mülki şəxs və hərbiçimiz minaya düşərək həyatlarını itiriblər. Beynəlxalq təşkilatlar bu məsələdə də ikili standartlar sərgiləyirlər. Minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verilməsi ilə bağlı Ermənistana heç bir təzyiq göstərilmir. Müharibədə olduğu kimi Azərbaycan özü Ermənistanı xəritələrin verilməsinə məcbur edəcək. Vətən Müharibəsində Azərbaycan Ordusu böyük Zəfərə imza atdı. İgid oğullarımız böyük qəhrəmanlıq göstərdilər. İstər birinci, istərsə də ikinci Qarabağ Müharibəsində şəhid olmuş hərbçilərimizin və mülki əhalimizin qisasını aldılar. Vətən Müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailə üzvləri eləcə də qazilərimiz hər zaman dövlətimizin diqqətindədir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimizin döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə dövlətin ən ali orden və medalları ilə təltif edilmişdilər. Bu qəbildən olan hərbiçilərimizin bütün maddi və mənəvi ehtiyacları dövlət tərəfindən həll edilir. Onlar evlərlə, mənzillərlə təmir edilirlər. Ölkə başçımız cənab İlham Əliyev hər zaman yaralı əsgərlərimizin yanında olacağını qeyd etmiş və onların bütün problemlərinin həll olunacağını vurğulamışdır. Bu gün də şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlətimizin onlara göstərdiyi qayğıdan razı olduqlarını bildirirlər. Prezident cənab İlham Əliyev 27 sentyabr - Vətən Müharibəsinin başladığı günü Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Dövlətimiz və xalqımız heç vaxt Vətən, torpaq, dövlət uğrunda canından keçmiş qəhrəmanlarını unutmayacaq. Onların xatirəsi hər zaman anılacaq və xatırlanacaq".
Arzu Qurbanzadə