PDF Oxu

Siyasət

  • 2 364

"Gələcək gənclərə yeni tariximizi, Zəfər tariximizi çatdırmalıyıq" - İDARƏ RƏİSİ AÇIQLADI

"Gələcək gənclərə yeni tariximizi, Zəfər tariximizi çatdırmalıyıq" - İDARƏ RƏİSİ AÇIQLADI

"Bu günlərdə qazanılmış böyük Zəfərimizin bir illiyini qeyd edirik və şəhidlərimizi anırıq, qazilərimizin isə yanındayıq". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.Onun sözlərinə görə, Ali Baş Komandan başda olmaqla rəşadətli ordumuzun gücü hesabına 30 il həsrətində olduğumuz torpaqlarımıza qayıtdıq. Gələcək nəsillərimizə bütöv Azərbaycan torpaqlarına nail olaraq daha güclü Azərbaycan ərmağan etdik. Bundan sonra işğaldan azad olunmuş ərazilərimizi qoruyub, oranı dirçəldib, yenidən ora təzə nəfəs verərək sayılıb-seçilməsinə çalışmalıyıq.Raqif Abbasov bu haqda fikrini belə izah edib: "Hər birimiz peşəsindən, yaşından, işindən asılı olmayaraq bu amalla yaşamalıyıq. Ulu öndər Heydər Əliyevin siyasətinin davamı olaraq Ali Baş Komandanımız, cənab Prezidentimiz ətrafında xalqı bu amal üçün birləşdirərək "Dəmir yumruq" hərəkatı başlatdı. Beləliklə, şəhidlərimizin qanı, canı bahasına torpaqlarımızı işğaldan azad etdi. Bu gün biz artıq görürük ki, Şuşamızda bərpa işləri gedir, Cəbrayılımızda, Zəngilanımızda yollar çəkilir. Füzulimizdə hava limanı açılır. Ağdamda ağıllı şəhər infrastrukturunun əsası qoyulur. Bu gün Suqovuşanda, Talışda yeni elektrik stansiyaların yaradılması, Kəlbəcərdə, Laçında yeni layihələrin keçirilməsi istər ölkə daxilində, istərsə də ölkə xaricində yaşayan hər bir azərbaycanlının ürəyindən keçən arzular idi. Zəfər qan və can bahasına əldə olunub.Bu gün şəhid ailələrinə cənab Prezident xüsusi ehtiram və hörmətlə yanaşır. Qazilərimizə xüsusi münasibət var. İdman sahəsində də şəhidlərimizin xatirəsinə çoxsaylı tədbirlərin, idman yarışlarının, gənclər sahəsində müxtəlif layihələrin həyata keçirilməsi bizim qan yaddaşımızdır. Biz bizdən sonra gələcək gənclərə yeni tariximizi, Zəfər tariximizi çatdırmalıyıq. Bu gün Azərbaycanımızın qalibiyyətinə dünya ölkələri, dost ölkələr, qardaş ölkələr sevinir. Amma, təəssüflər olsun ki, bunu həzm etməyən bəzi dövlətlər, qüvvələr, dairələr var. Onlara da Ali Baş Komandan xalqımızın iradəsini, sözünü çatdırdı. Bugünkü reallıqla barışılmalıdır. Azərbaycan ona məxsus olan torpaqları qaytarıb. Bundan sonra qazanılmış zəfərin qorunması hər bir azərbaycanlının borcudur".

sia.az

Digər xəbərlər