PDF Oxu

Siyasət

  • 2 419

"Azərbaycana qarşı təzyiq xarakterli saysız-hesabsız nümunələrdən keçmişik" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycana qarşı təzyiq xarakterli saysız-hesabsız nümunələrdən keçmişik" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

“Azərbaycan Prezidentinin bölgə səfərlərinin mühüm əlamətdar xüsusiyyətlərindən biri də Azərbaycanın yeni tarixi dövrünə aid olan bir sıra siyasi, diplomatik məqamların geniş ictimaiyyət üçün açıqlanmasından ibarətdir. Biz dəfələrlə cənab Prezidentin bölgə səfərlərində ictimiyyət nümayəndələrinin qarşısında çıxışında həm müharibə dövründə aparılan hərbi əməliyyatların müəyyən detalları barədə eşidirik, həm müharibə günlərində Azərbaycanın diplomatiyasının ictimaiyyətə bəlli olmayan hansı mərhələlərdən keçdiyini duyuruq və bilirik”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, eyni zamanda Qarabağ münaqişəsinin həlli yönündə illər boyu aparılan o çətin diplomatik, siyasi prosesin içində Azərbaycanın nə qədər böyük mərhələlərdən və çətinliklərdən keçdiyini eşidirik: “Bu bizim canlı tariximizdir. Cənab Prezidentin rayonda ictimaiyyət nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər əslində bizim tariximizin geniş ictimaiyyətə bəlli olmayan müəyyən məqamlarıdır. Təbii ki, cənab Prezident hələ ki, çox geniş açıqlamalar vermir. Xüsusilə də istər Praqa prosesi barədə, istərsə də Madrid prinsipləri barədə, istər həmsədr ölkələrin pərdəarxası davranışları barədə, istərsə də lap sonuncu dəfə yəni 2016-ci ildə Vyana şəhərində keçirilən görüşdə Azərbaycana təklif olunan və Azərbaycanın böyük cəsarətlə və müdrikliklə həmin o təklifi rədd etdiyi ilə bağlı çox qiymətli tarixi məlumat aldıq. Bu yeganə fakt deyil. Qarabağ münaqişəsinin həli yönündə Minsk qrupu çərçivəsində gedən 28-29 illik danışıqlar prosesində biz Azərbaycana qarşı təzyiq xarakterli saysız-hesabsız nümunələrdən keçmişik".

Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan Prezidentinin bu gün xalqla təmasda bu cür faktları səsləndirməsi həm cəmiyyətimizin Qarabağa doğru gedən diplomatik yolumuzun heç də müharibədən asan olmadığı rəyini yaratmaq məqsədinə xidmət edir, həm cəmiyyətimizin Qarabağ uğrunda apardığımız mübarizənin bütün tarixi səhifələri barədə yeni-yeni məlumatlar əldə etməsinə şərait yaradır, həm də qürur hissi ilə deyək ki, Azərbaycan Prezidentinin bu yollarda nə qədər böyük rəşadət göstərdiyinin şahidi oluruq: “Eyni zamanda Azərbaycanın Qarabağ uğrunda gedən mübarizəsində bu cür çətin diplomatik mərhələlərdən keçməsi bizim diplomatiya tariximizin də şərəfli məqamlarından sayılır. Ancaq lazımdır ki, cənab Prezidentin ictimaiyyət qarşısındakı çıxışlarında açıqladığı bu cür faktlar ümumiləşdirilsin, sistemləşdirilsin və Qarabağ münaqişəsinin davam etdiyi illərdə Azərbaycan diplomatiyasının hansı çətinliklərdə və hansı mərhələlərdən keçdiyi ilə bağlı tam sistemli əsərlər yaradılsın”.

Digər xəbərlər