PDF Oxu

Siyasət

  • 2 239

“İran bu dəfə böyük təzyiqə məruz qalacaq” – DEPUTAT ŞƏRH ETDİ

“İran bu dəfə böyük təzyiqə məruz qalacaq” – DEPUTAT ŞƏRH ETDİ

İranın terrorçuları dəstəkləməyi onu göstərir ki, bu ölkənin bölgədəki siyasəti əslində, həm normal qonşuluq siyasətinə ziddir, həm islam dəyərlərinə ziddir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkili qeyd edib ki, İranın hər yerdə məhz ermənilərlə birgə terror həyata keçirmək, ziddiyyətlər yaratmaq siyasəti tək bizim bölgədə deyil, Orta Şərqdə də eyni formada həyata keçirilir. “Müstəqil Azərbaycan yaradılan ilk gündən İran təşvişə düşdü. Çünki onlar Azərbaycan dövlətinin dəyərlərindən çox narahatdırlar və totalitar dövlət kimi çalışırlar ki, sabitliyi pozaraq, öz xalqını səfalət vəziyyətində saxlayaraq, bütün vasitələrlə məhz dünyada qarşıdurmalar, terror yaratmağa xidmət eləsinlər. Düşünürəm ki, onlar çox təhlükəli bir vəziyyətə düşüblər. Bu təhlükəli vəziyyətdən çıxış yolları yenə də terror və sabitliyi pozmaq məqsədidir. Ancaq bu dəfə onlar öz siyasətlərinin sonunu gətirən sox çərt, dünya tərəfindən böyük bir təzyiqə məruz qalacaqlar”, deyə Asim Mollazadə bildirib.

sia.az

Digər xəbərlər