PDF Oxu

Siyasət

  • 1 346

““Soyuq müharibə”dən imtina hər iki dövlətin maraqlarına xidmət edəcək” ÖZƏL-MÜNASİBƏT

““Soyuq müharibə”dən imtina hər iki dövlətin maraqlarına xidmət edəcək” ÖZƏL-MÜNASİBƏT

“İran təbii ki, öz siyasətini Ermənistanın maraqlarına xidmət etmək istiqamətində qura bilməz. Ancaq çox təəssüf ki, həmişə dost saydığımız qonşumuzun son günlər atdığı addımlar onun maraqlarına qətiyyən cavab vermir və ermənilər münasibətlərimizdə yaranan soyuqluqdan maksimum yararlanmağa çalışırlar. İranın son günlər nümayiş etdirdiyi kəskin davranışın kökündə nə dayanır? Birincisi, mühafizəkarların hakimiyyətdə olduğu dövrlərdə belə gərginləşmə həmişə olub. Bundan əvvəl 2012-ci ildə Azərbaycan İsraildən 1,6 milyard dəyərində hərbi texnika almışdı və həmin dövrdə münasibətlərimizdə gərginlik yaranmışdı. Müdafiə nazirimiz həmin böhran günlərində İrana səfər etdi və qonşumuz növbəti dəfə bayrağımızı tərsinə asaraq bizə “islam qardaşlığımızı” xatırlatmağa cəhd göstərsə də, hər halda böhranı aradan qaldırmaq mümkün oldu”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, son 30 illik münasibətlərimizdə bu səviyyədə gərginlik heç vaxt olmayıb və İran heç vaxt diplomatik münasibətlərimizi pozmaq həddinə gətirib çıxara biləcək davranış sərgiləməyib: “Bəs, İranı bu qədər kəskin addımlar atmağa məcbur edən nədir? Birincisi, Azərbaycanın bu qədər müstəqil siyasət aparması və əksər hallarda yalnız öz dövlət maraqlarını əsas götürərək qonşuları ilə hesablaşmaması mühafizəkar İran hakimiyyətini qətiyyən qane etmir. İsraildən yeni silahların alınması ilə bağlı yayılan informasiyalar, İsrail firmalarının azad olunmuş ərazilərdə tikinti işləri ilə məşğul olması və İranın kənarda saxlanılması, nəhayət, Türkiyənin regionda nüfuzunun artması onunla daim rəqabət aparan İslam respublikasını qətiyyən qane etmir və İran rəsmiləri bunu açıq ifadə etməkdən çəkinmirlər. Digər tərəfdən, “Zəngəzur dəhlizi”nin açılması, Ermənistanla birbaşa əlaqənin təhlükə altına düşmə ehtimalı, Ermənistan-Azərbaycan dövlət sərhədlərinin müəyyənləşməsində İslam pespublikasını narahat edən məqamların ortaya çıxması İranın davranışına şübhəsiz öz təsirini göstərmişdir. Düşünürəm ki, artıq “hərbə-zorba” mərhələsinin heç bir uğur gətirmədiyini anlayan qonşumuz gərginliyin azalması istiqamətində addımlar atmağa başlayacaq və bu “soyuq müharibə”dən imtina hər iki dövlətin maraqlarına xidmət edəcək”.

Digər xəbərlər