PDF Oxu

Siyasət

  • 1 549

"Bu Ermənmistanın xəritədən silinməsinə səbəb ola bilər" - SƏDR MÜAVİNİ AÇIQLADI

"Bu Ermənmistanın xəritədən silinməsinə səbəb ola bilər" - SƏDR MÜAVİNİ AÇIQLADI

"Artıq ötən il 27 sentyabrda başlayan müharibədən sonra yeni bir mənzərə yaranıb". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.Onun sözlərinə görə, bu müharibə ilə Ermənistanın təcavüzünə son qoyulub. Azərbaycan işğal altında olan ərazilərini azad edib. Beləliklə Ermənistan artıq öz işğalçı siyasətinə son qoymaq haqda düşünməlidir.Mütəllim Rəhimli bu haqda fikrini belə izah edib: "Ermənistan bilməlidir ki, müasir dünyada sərhədlərin dəyişdirilməsi məsələsi mümkün deyil. Üstəlik Azərbaycan dövləti və xalqı öz ərazisini başqa bir dövlətə güzəştə gedə bilməz. Qonşular arasındakı münasibətlər qarşılıqlı anlaşmaya əsaslanmalıdır. Əks halda ortada olan narazılıqlar və konfliktlər üçüncü qüvvənin xeyrinə işləyə bilər. Bunu Ermənistan tərəfi də başa düşməlidir. Buna görə də, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, regiondakı münaqişənin birdəfəlik həllinə nail ola bilər. Bu, əlbəttə, ilk növbədə regionda sabitliyin formalaşmasına, dövlətlətrarası iqtisadi, siyasi əlaqələrin yaranmasına səbəb ola bilər. Xalqlar arasında anlaşmaya gətirib-çıxara bilər. Buna görə də, Ermənistan tərəfi bütün bunlara nail olmaq istəyirsə və Ermənistanı mövcud iqtisadi blokadadan çıxartmaq istəyirsə, mütləq Azərbaycan ilə yaxşı münasibətlərə çalışmalıdır. Bunun üçün Ermənistan rus sülhməramlıların nəzarətində olan ərazilərdə separatçı qruplarını tamamilə çıxarmalıdır və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu, Ermənistanın bir dövlət kimi mövcudluğuna və inkişafına təkan ola bilər. Əks halda biz görürük ki, dünyada sürətlə siyasi dəyişmələr baş verir. Bu da Ermənistanın bir dövlət kimi xəritədən silinməsinə səbəb ola bilər".

Turqay Musayev

sia.az

Digər xəbərlər