PDF Oxu

Siyasət

  • 2 187

YAP Nəsimi rayon təşkilatında qazilərlə görüş keçirilib TƏDBİR

YAP Nəsimi rayon təşkilatında qazilərlə görüş keçirilib TƏDBİR

YAP Nəsimi rayon təşkilatının qərargahında partiyanın fəal gəncləri ilə Vətən müharibəsində yaralanmış qazilərlə görüş keçirilib. YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Salman Salmanov Vətən müharibəsində ordumuzun göstərdiyi şücaətdən bəhs edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin eləcə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazilərimizə böyük diqqət və qayğı göstərdiklərini bildirdi.Daha sonra çıxış edən Nəsimi rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva işğal altında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti ilə cəngavər oğullarımız tərəfindən azad edildiyini və bu Zəfərin Azərbaycan tarixinin ən şanlı səhifəsi olduğunu qeyd etdi.Tədbir çıxış edən Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və Vətən müharibəsi qazisi Rüfət Salmanov şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan bəhs etdilər.

Öz növbəsində qazilər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, həmçinin 44 günlük Vətən müharibəsindən, xatirələrindən, Azərbaycan ordusunun qüdrətindən və əzmindən bəhs etdilər.Vətən müharibəsi qazilərinin sosial dəstəklə təmin olunmaları sahəsində işlərin bundan sonra da davam edəcəyi bildirildi.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər