Rizvan Hüseynov: "Reallıqlar türk və ya müsəlman layihələri qarşısında Avropa və Qərb layihəsinin zəiflədiyini diktə edir”
“Son günlər Cənubi Qafqazda müşahidə edilən İran-Azərbaycan qarşıdurması fonunda Ermənistandakı situasiya ikinci plana keçid alıb, daha dəqiq desək, bu ölkənin rəhbərliyinin nə ilə məşğul olması”. "Səs" qəzetinin yazdığına görə, bu barədə Qafqazın tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov caliber.az analitik informasiya mərkəzində analitik məqalə ilə çıxış edib. Onun sözlərinə görə, Tehran özünün və ermənilərin maraqlarını müdafiə etməyə cəhdlər göstərərkən aydın olur ki, İrəvan və Eçmiədzin (ermənilərin qədim Azərbaycan torpaqlarında qurduqları saxta dini mərkəzləri-R.R.) başqa istiqamətdə gedirlər və görünür, dünyanın güclü tərəfləri ilə dialoq yollarını axtarırlar.

SİTAT: “Ermənistanın baş naziri Nikol Paşinyan Litvada idi və orada Avropa İttifaqı (Aİ) tərəfindən dəstəyin gücləndirilməsi, ortaqlıq və əlavə yardım axtarırdı. Burada Paşinyan Azərbaycan Prezidenti ilə görüşməyə hazır olduğunu bəyan etdi və Aİ-nin bu dialoqda ortaqlıq edəcəyinə ümid etdiyini bildirdi”.

Yazıda Ermənistan parlamentinin nümayəndə heyətinin başda sədri Alen Simonyan olmaqla Moskvaya səfərləri barədə bildirilir və qeyd olunur ki, Rusiyanın paytaxtında onları ölkənin XİN rəhbəri Lavrov və digər rəsmi şəxslər qəbul ediblər. “Burada gözlənilən Paşinyan-Putin görüşünün detalları müzakirə edilib və Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması elementləri barədə danışılıb”, deyə bildirilir və əlavə olunur ki, İrəvan Paşinyan-Əliyev görüşünün təşkil eidlməsində hazırdır, eyni zamanda, Moskvanın dəstəyinə ümid edirlər.

“Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan isə Tehranda olub və iranlı həmkarı Hüseyn Əmir Abullahiyanla görüş keçirib. Burada Ararat Mirzoyan Qarabağ məsələsində “qardaş Ermənistana” dəstəyinə görə Tehranı sevgi və minnətdarlıq “atəşinə” tutub.

Bu fonda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Dubayda Dubai Expo sərgisində iştirak edib və orada fars monarxiyasının yüksək çinli şəxsləri ilə görüşüb və Ermənistanın “innovativ layihələri” adı altında pul dilənib”, yazan Rizvan Hüseynov əlavə edib ki, daha maraqlı olaylar Ermənistan prezidenti Armen Sarkisyanın İtaliya prezidenti Sercio Martarellanın dəvəti ilə bu ölkəyə səfəri zamanı yaşanıb: “Sarkisyanı isə rəsmi səfəri çərçivəsində bütün ermənilərin katolikosu II Qaregin və başqa şəxslər müşayiət ediblər. Artıq Sarkisyanın İtaliya prezidenti ilə, nazirlər şurasının sədri Mario Draqi ilə, eləcə də senatın sədri, palata sədri, deputatlar və Roma meri ilə görüşləri keçirilib.


Sarkisyanla yanaşı, səfərdə iştirak edən Ermənistanın ombudsmanı Arman Tatoyanın Vatikanın dövlət katibi, kardinal Pyetro Parolinlə görüşü keçirilib və həmin görüşdə Tatoyan Azərbaycanda saxlanılan “əsirlər ermənilərin” siyahısını təqdim edib, Vatikandan onların geri qaytarılmalarında dəstəyini istəyib.
Bütün ermənilərin katolikosu II Qaregin isə Roma papası Fransisklə görüşəcək və “İnsanlar dünyanın gələcəyində qardaş kimi: dinlərin və mədəniyyətlərin dialoqu” konfransında və kilsələrarası dualarda iştirak edəcəklər. Erməni apostol kilsəsinin rəhbəri müzakirələrdə iştirak edəcək və dünyaya sülh çağırışı edəcək”.

Qafqazın tarixi Mərkəzinin direktoru xatırladıb ki, konfransa dünyanın 40 ölkəsindən siyasətçilər və müxtəlif dini icmaların nümayəndələrə qatılıb.
Konfransa ən yüksək səviyyədə Rusiya pravoslav kilsəsinin, anqlikan kilsəsinin, protestant kilsəsinin nümayəndələri, katolik missionerlər, buddistlər, hinduslar, müsəlman xadimləri və siyasətçiləri iştirak ediblər. Konfransa Almaniyanın kansleri Angela Merkel də qatılacaq.
Erməni tərəfini həmçinin sahibkar və filantrop, Moderna biotexnoloji şirkətinin həmtəsisçisi, Covid-19 vaksininin yaradıcısı Afeyan Nubar da iştitak edir.
Qeyd olunur ki, mərasimin ən mühüm və həlledici məqamı Kolizeydə keçiriləcək. Orada müxtəlif konfenssiya və din nümayəndələri sülh üçün dua edəcəklər. Xrsitianlar isə bütün ermənilərin katolikosu II Qareginin rəhbərliyi və Roma papasının Fransiskin iştirakı ilə ekumenik dua edəcəklər.
“Baş verənlər isə ondan xəbər verir ki, rəsmi İrəvan və Eçmiədzin Rusiyada lazımi dəstəyi ala bilmədiklərini dərk etdikdən sonra bu mərhələdə özlərini tamamilə “avropalı qardaşlarının” altına yıxacaqlar. İlk növbədə, Vatikanın, hansı ki, XVII-XVIII əsrlərdə erməni tarixi və siyasi layihəsinin təməlində dayanmışdı. Qaba desək, kimlər ki, erməni layihəsini doğub-ərsəyə gətiribsə, əsrlər boyu Aqsiyanın və Qafqazın geniş ərazilərini zəbt ediblərsə, onlar bu dəfə yeni dünya reallığında həmin layihəni format edib yeniləcəyini düşünürlər. Lakin reallıqlar türk və ya müsəlman layihələri qarşısında Avropa və Qərb layihəsinin zəiflədiyini diktə edir”, Rizvan Hüseynov məqaləsində qeyd edib.
Rövşən RƏSULOV