PDF Oxu

Siyasət

  • 1 595

"Azərbaycan siyasi xətti ilə güclüdür və bundan sonra da belə olacaq” - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan siyasi xətti ilə güclüdür və bundan sonra da belə olacaq” - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezident həmişə Azərbaycan xalqı ilə açıq danışır. Apardığı siyasətin uğurları ilə yanaşı eyni zamanda çətinliklərini də açıqlayır. Ölkə başçısı Cəbrayıldakı çıxışı zamanı qeyd etdi ki, bütün təzyiqlərə, hədə-qorxulara, təhqirlərə, yalanlara, uydurmalara baxmayaraq, biz bu yoldan dönmədik: “Neçə dəfə bizi devirmək istəmişdilər? Bunu Azərbaycan xalqı yaxşı bilir, bunu mən yaxşı bilirəm, çünki bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər. Alınmadı”. Çıxışındakı bu məqam çox şeydən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, bu onu göstərir ki, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi öz taleyini özü həll etməsi siyasəti heç də xaricdə müəyyən dairələrin xoşuna gəlmir: “Onlar Azərbaycanı asılı vəziyyətdə olan, daxili problemlər, çəkişmələr içərisində çırpışan bir ölkə kimi görmək istəyirdilər. Azərbaycanın taleyini Bakıda, Azərbaycan xalqının etibar etdiyi rəhbərliyin yox, xarici paytaxtlarda həll edilməsini arzulayırdılar. Bunun üçün də müxtəlif variantlara əl atırdılar. Ya Azərbaycanın daxilində "5-ci kolon" yaradırlar, ya Azərbaycan haqqında beynəlxalq birlikdə yalan məlumat yayaraq Azərbaycanı təcrid etməyə çalışırlar, ya da ki, Azərbaycana təzyiq göstərərək onun siyasətindən geri çəkilməsini istəyirlər. Ancaq bütün bunların hamısı əbəsdir. Azərbaycanı Vətənini sevən, xalqın maraqlarını yüksək səviyyədə müdafiə edən rəhbərlik müdafiə edir. Xalq onun apardığı siyasətin ərazi bütövlüyümüzə gətirib çıxardığını, Azərbaycanda sosial vəziyyətin yaxşılaşmasına, Azərbaycan xalqının hər dəfə problemlərinin həll edildiyini gördü. Cənab Prezidentin siyasətini ilk növbədə Azərbaycan xalqı, hər bir vətəndaş müdafiə edir. O rəhbər ki, arxasında xalq durur, cəmiyyət durur onu məğlub etmək olmaz. Xaricdən anti-azərbaycan qüvvələrinin apardığı siyasət məğlubiyyətə düçardır. Təəssüf ki, Azərbaycan daxilində onların istəklərini yerinə yetirmək istəyən qruplar tapılır. Onların da cavabını Azərbaycan xalqı onları rədd etməklə, müdafiə etməməklə cavablandırır. Azərbaycan özünün bacarıqlı rəhbəri ilə milli maraqlara cavab verən siyasi xətti ilə güclüdür və bundan sonra da belə olacaq”.

Arzu Qurbanzadə

sia.az

Digər xəbərlər